Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:25

'Hilton Baku': 'Onlar bizim işçilərimiz olmayıb'


Hilton-Baku otel binası
Hilton-Baku otel binası

“Hilton Baku” otelinin keçmiş əməkdaşı olduğunu bildirən Samir Zeynalov bu müəssisədən şikayət edib. O, oteldə dözülməz şərtlər altında çalışmağa məcbur qaldıqlarını, əlaqəli dövlət qurumlarına, otel rəhbərliyinə müraciət etmələrinin ardınca isə onlarla xidmət müqaviləsinin təktərəfli ləğv edildiyini bildirib.

Samir Zeynalov deyib ki, “Hilton Baku”da 2 il 7 ay çalışıb. Anbara məsul şəxslərdən olub. Onun işi əsasən, mətbəxə xidmətlə əlaqəli olub.

“2 il yeddi ay ərzində otellə əmək münasibətlərində olmuşuq. Ancaq bizim münasibətlər əmək müqaviləsi ilə yox, xidmət müqaviləsi ilə rəsmiləşdirilmişdi. Mətbəx şöbəsində 2015-ci ilin mart ayından Türkiyədən gəlmiş əmək miqrantları çalışmağa başladılar. Onlar çalışanlara qeyri-bərabər davranış nümayiş etdirirdilər”, – deyən S.Zeynalov çalışanlar arasında işin qeyri-bərabər bölündüyün bildirib.

Buna da bax: Hakimiyyətin «otel maxinasiyası»

O, həmçinin deyib ki, əmək qanunvericiliyi 8 saatlıq iş müddəti müəyyən etsə də, işçilər 9 saat işləməyə məcbur ediliblər.

“Bundan başqa, 2016-cı ilin martında otelin keçmiş baş meneceri Tadori Kalamaris hamını toplayıb, maaşların artırıldığını elan etdi. Artım həmin vaxt baş verən devalvasiya ilə əlaqədar idi. O, artımın hamıya aid olacağını bildirmişdi. Ancaq artım qeyri-qanuni olaraq xidmət müqaviləsi ilə çalışanlara şamil edilmədi”, – S.Zeynalov bildirib.

Onun fikrincə, otel bu davranışı ilə onlara qarşı diskriminasiya, ayrı-seçkiliyə yol verib.

S.Zeynalov deyib ki, “Hilton Baku”dan tək o narazı deyil. Ondan başqa daha 11 nəfər iş mühitindən narazı olduqlarından öncə dövlət qurumlarına müraciət ediblər.

Buna da bax: Hər üç işçidən biri müqaviləsiz çalışır

“Əvvəlcə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Heç bir tədbir görmədilər. Sadəcə, bildirdilər ki, ölkə prezidenti mart ayında bu məsələlərlə bağlı sərəncam verib. Həmin sərəncama əsasən, xüsusi komissiyanın yaradılacağını, problemlərin həlli ilə həmin komissiyanın məşğul olacağını bildirdilər. Ancaq, hələ də bir xəbər yoxdur”, – S.Zeynalov deyib.

Şikayətçi deməsinə görə, daha sonra “Hilton Baku” rəhbərliyinə müraciət ediblər.

«“Hilton Baku”nun insan resursları şöbəsinə, baş menecerə müraciət etdik, şikayətlərimizi, problemlərimizi bildirdik. Noyabrın 14-ü, müraciəti göndərməyimizdən 12 saat sonra müraciətə imza atan 11 nəfərin xidmət müqaviləsini ləğv etdilər», - S.Zeynalov bildirib.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

“Onlar bizim işçilərimiz olmayıb”

“Biz heç bir işçini işdən azad etməmişik. Biz bu günə qədər mətbəx şöbəmiz üçün təmizlikçi işlərinə saatlı işçi təmin edən “Nexia” podratçı şirkəti ilə müqaviləmizin bir qisim xidmətlərini dayandırmışıq”.

Bunu S. Zeynalovun şikayəti ilə bağlı verilən sorğuya cavab olaraq “Hilton Baku” otelindən bildiriblər.

Açıqlamada vurğulanır ki, hal-hazırda həmin vəzifələrə işə qəbul ilə bağlı otel elan verib:

Buna da bax: AzadlıqRadiosu belə doğuldu [audio]

“Bununla yanaşı oteldə iş təcrübəsi olan “Nexia” əməkdaşlarının müraciətlərini də qəbul edirik“.

Açıqlamada bildirilir ki, Samir Zeynalov otelin yox, “Nexia” şirkətinin əməkdaşı olub.

“Şirkətlə mətbəx təmizliyi şöbəmizə işçi qüvvəsi təmin etdiyi müddət çərçivəsində cənab S.Zeynalov “Hilton Baku”da işləyib”.

Açıqlamada, həmçinin, vurğulanır ki, bu şəxslər “Nexia” şirkətinin əməkdaşları olduqlarından sualları da həmin şirkət cavablandırmalıdır.

Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

Ancaq, hələlik, sözü gedən şirkətin təmsilçiləri ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG