Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:46

Hillary Clinton seçkiqabağı kampaniyanı bərpa edib


Hillary Clinton
Hillary Clinton

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton seçkiqabağı kampaniyanı bərpa edib.

Qeyd edək ki, ötən həftə 11 sentyabr terror qurbanlarının Nyu-Yorkda keçirilən anım mərasimində iştirak edərkən Hillary Clintonun halı qəflətən pisləşdi və az sonra onun sətəlcəm olduğu bəlli oldu.

Buna görə prezidentliyə namizəd seçkiqabağı tədbirləri təxirə salmalı oldu.

Həkimlər ona antibiotik qəbul etmək və evdə dincəlməyi məsləhət gördü.

Müalicə və istirahətdən sonra Hillary Clinton cümə axşamı Şimali Karolina ştatında seçcilərlə görüşə çıxıb.

Bundan sonra onun Vaşinqtonda çıxışı nəzərdə tutulur.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də olacaq.

Seçkidə Hillary Clintonla respublikaçıların namizədi Donald Trump mübarizə aparacaq.

XS
SM
MD
LG