Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

Kanadanın ilk hicablı xəbər aparıcısı oldu


Kanadalı hicablı aparıcı
Kanadalı hicablı aparıcı

Kanadanın əsas xəbər kanallarından biri olan Torontonun “CityNews” kanalı ötən həftə gecə saat 11-də xəbər aparıcılığını 29 yaşlı jurnalist Ginella Massa-ya tapşırıb.

KANADADA İLK DƏFƏ

Yeni aparıcı maraqla qarşılanıb. İlk yayımdan sonra Massa “Twitter”də belə yazıb: "Bu gecə təkcə məndən ötrü əhəmiyyətli deyildi. Düşünmürəm ki, öncə nə vaxtsa Kanadada hicablı qadın xəbərlər proqramını aparıb".

Buna da bax:​ Televiziyada hicaba qadağa götürüldü

Massa-nın sözlərinə görə, o, 2015-ci ildə Ontario əyalətinin Kitchener şəhərində “CTV News”a reportajlar hazırlayanda Kanadanın ilk hicablı reportyoru olmuşdu.

Bu ilin fevralında o, yenidən Torontoya qayıdaraq “CityNews” kanalında reportyorluq edir.

Massa deyir ki, xəbər aparıcılığına başlamağı karyerasında irəliyə addım olduğunu anlasa da, onun hicab geyinməsini ilk dəfə redaktoru vurğulayıb.

Buna da bax: Türkiyənin ilk hicablı naziri

"Redaktorum dedi: "Ey, afərin! Deyəsən, axı, bu, Kanadada ilk dəfə idi? Hicablı qadın?" Mən də dedim, ‘elədir’. Sonra da bu barədə ‘Twitter’də yazdım",o deyir.

HİCABA GÖRƏ EFİRƏ ÇIXA BİLMƏYƏNLƏR

"Bunun vacibliyini bilirdim. Bu qədər reaksiya gözləmirdim. Ötən həftəboyu telefonum susmayıb".

Sosial media istifadəçiləri Massa-nı alqışlayıblar. Ancaq jurnalist, özəlliklə də “Twitter”də mənfi şərhlərlə də üzləşib.

Buna da bax:​ "Bura Amerikadır, hicabı çıxart!" - deyəni indi cəza gözləyir

"Mən ABŞ-da jurnalist olan, kadr arxasında çalışan bir çox qadınlarla danışmışam. Onlar mənə efirə çıxmaqda çoxlu maneələrlə qarşılaşdıqlarını deyirlər",Massa deyir.

"Onlara deyilib ki, hicablı olduqlarından efirə çıxmayacaqlar. Bu, məni çox təəssüfləndirir. Çünki kiminsə, ictimaiyyətin nəyi necə qarşılayacağı barədə subyektiv fikri onları irəli getməyə qoymur",o deyir.

ƏSL ARZUSU

"Mən həmişə yayım, yaxud mediada hər hansı bir işdə çalışmaq istəmişəm. Əsl arzum kamera qarşısında olmaq idi. Ancaq ürəyimdə hicabla o qədər də qabağa gedə bilməyəcəyimdən narahat idim", – deyə jurnalist qeyd edir.

Buna da bax:​ Elif Şafak: İnsan eyni zamanda həm müsəlman, həm də demokrat ola bilər

"Seneka Kollecinə (Torontoda yerləşən ali məktəb - tərc.) daxil olana qədər bunun karyeraya çevriləcəyinə o qədər də inanmırdım. Elə oldu ki, ilk praktikama xəbər otağında başladım.

Anladım ki, bu, mənim öhdəsindən yaxşı gələ biləcəyim bir işdir. Bu da mən, həqiqətən, çox çalışmağa həvəsləndirdi. Ümid edirdim ki, kimsə hicabıma məhəl qoymadan mənə bacarıqlarımı göstərmək şansı verər", – deyir Ginella Massa.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG