Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Heyvansevərlərdən şikayət


Bakıda ötən yay keçirilmiş etiraz aksiyasından
Bakıda ötən yay keçirilmiş etiraz aksiyasından

İyulun 15-də heyvan hüquqlarını müdafiə etdiklərini bildirən bəzi şəxslər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiya keçirməyə cəhd ediblər.

Etirazçılar iddia edirlər ki, mərkəzdə küçədən toplanan itlərin bəziləri məhv edilir.

"“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi heyvansevərləri içəri buraxsınlar, açıqlama versinlər, heyvanlara orada işgəncə verənlər cəza almalıdır. Bizim vergilərimizlə bura qurulubsa burada nə baş verdiyini biz bilməliyik", - aksiya təşkilatçılarından biri Elxan Mirzoyev bildirib.

Əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını hadisə yerindən uzaqlaşdırıb. Aksiya iştirakçılarından Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Kamran Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Nicat İsmayıl, Elmir AbbasovElxan Mirzoyevin Sabunçu Rayonun 12-ci Polis Bölməsinə aparıldığı deyilib.

400 manat cərimə

Bir müddət sonra polis bölməsindən çıxan fəallardan bəziləri bildirib ki, onların hər biri 400 manat cərimələnərək sərbəst buraxılıb:

"Bizə nəyə görə cərimələndiyimiz bildirilmədi, heç protokol da təqdim edilmədi. Sadəcə dedilər ki, Bakı Şəhər Baş Polis İdarəsinin tapşırığı belədir".

Onların sözlərinə görə, Elxan Mirzoyev və Nicat İsmayıl isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Heyvan hüquqlarını müdafiə etdiklərini bildirənlərin sözlərinə görə, aksiyada saxlanan digər iki nəfər də-Elxan Mirzoyev və Nicat İsmayıl da sərbəst buraxilıb.

Mərkəz iddiları təkzib edir

Amma “Turan “ İnformasiya Agentliyinin məlumatına görə, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən iddiaları təkzib edirlər:

"Bura dövlət idarəsidir və onların dedikləri mümkün deyil. Həmin şəxslərin hərəkətləri təxribat xarakterlidir".

Bu Mərkəzin Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihələri çərçivəsində yaradıldığı açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG