Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Bir günlük cücələri diri-diri 'üyütmək' nə deməkdir?


Heyvan hüquqlarını müdafiə qruplarının yaydığı videodan bir kadr
Heyvan hüquqlarını müdafiə qruplarının yaydığı videodan bir kadr

Heyvan hüquqlarını müdafiə qrupları bir günlük cücələrin diri-diri "üyüdülməsini" göstərən videolar yayıb.

Avstraliyanın Melburn şəhərində, yumurta istehsal edən müəssisədə gizli çəkilmiş bu videolarda erkək cücələrin diri-diri məhv edildiyini görürük.

TULLANTI

"Heyvanlara Azadlıq" təşkilatı bildirir ki, Avstraliya yumurta sənayesi hər il 12 milyondan çox bir günlük cücəni bu yolla məhv edir.

Buna da bax:​ Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir...

Qrupun yaydığı açıqlamada deyilir ki, sənayedə istifadə olunan yumurtlayan toyuq cinsləri yetərincə tez böyümədiyindən və iri olmadığından onların ətindən yararlanmırlar. Erkək cücələr də yumurtalamadığına görə quşçuluq sənayesində "tullantı" sayılır.

Təşkilat bildirib ki, videoda görüntülənən "üyütmə" prosesi orqanik yumurtlayan toyuqların açıq məkanda saxlandığı müəssisədə baş verir.

"Heyvanlara Azadlıq"ın kampaniya direktoru Emma Hurst deyib: "Cəmi bir saat əvvəl yumurtadan çıxmış erkək cücələr iri bıçaqları olan sürətli sənaye blenderlərinə atılır və burada xırda hissələrə parçalanır. Bu cücələr ağrını hiss edə bilirlər və bu zorakılıqdan qorunmalıdırlar".

Buna da bax:​ ​Yumurtanı 35 qəpiyə almaq istəmirsənsə...

“ERKƏK CÜCƏLƏRİN MƏHVİNİ DAYANDIRIN”

Hurst Avstraliyanın iki əsas yumurta istehsalçısını Almaniya və ABŞ-ın təcrübəsinə əməl edərək "bir günlük erkək cücələrin kütləvi məhvini dayandırmağa" çağırıb.

"Aussie Farms" şirkətinin direktoru Chris Delforce deyib: "Biz xeyli vaxtdır ki, bu prosesdən xəbərdarıq. Ancaq quşçuluq sənayesi prosesi ciddi mühafizə edir. Bu günə qədər Avstraliyada heç kəs onun görüntüsünü çəkə bilməmişdi. Hesab edirəm ki, əksər insanlar bunu biləndə dəhşətə gələcəklər".

Buna da bax:​ Yumurta onların başında çatladı - Həbslər

Almaniya bu yaxınlarda 2017-ci ilədək bu praktikaya son qoymağa çağırıb. ABŞ isə bu prosesi 2020-ci ilədək tamamilə dayandırmağa söz verib.

Avstraliya yumurta istehsalçıları eyni öhdəliyi götürməkdən imtina edir, bununla da özlərini müştərilərin sərt cavabı ilə üzləşmək riski qarşısında qoyurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG