“Rusiya İslam Komitəsi” nin sədri Heydər Camal 69 yaşında vəfat edib.
Bu barədə mərhumun Feysbuk səhifəsində məlumat yayılıb.
Oun birinci müavini və Rusiya müftilər şurasının üzvü Dəmir Muxetdinov yazır ki, müsəlmanlar onun simasında çox böyük bir islam alimini itirdi.
“Onu uzun illərdi ki, tanıyırdım, tez-tez birgə verilişlərdə çıxış edir, onun rəqibi olurdum.Bütün bunlara baxmayaraq bu şəxsiyyətə böyük hörmətim var,onu keçmiş Sovet mıkanında ən parlaq şəxsiyyətlərdən biri hesab edirəm. Camal həmişə
sıravi müsəlman və islam fəlsəfəsini müdafiə etməyə çalışırdı”,deyə Muxetdinov bildirib.
Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada əməkdar rəssam və məşqçi ailəsində doğulub.
1995-ci ildə “İslam Komitəsi” dinlərarası ictimai birliyi”ni yaradıb və bugünədək onun rəhbəri olub.
Heydər Camal,” Peyğəmbərlərin inqilabı” da daxil olmaqla islam haqqında bir neçə kitab müəllifidir.