Bu gün, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynlərinə, onların yaxınlarına “Açıq qapı günü” keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda vurğulanır ki, ziyarətçilərə hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binaları, əsgər yataqxanaları və yeməkxanaları müşahidə etmək şəraiti yaradılıb.
Bayram günü münasibətilə şəxsi heyətə mədəni-kütləvi tədbirlər də təşkil edilib.
Xatırlatma
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda Yeni il bayramı ilə birlikdə dekabrın 31-də keçirilir. O, Azərbaycanda 1992-ci ildən, mərhum prezident Əbülfəz Elçibəyin fərmanına əsasən qeyd edilir. 1989-cu il dekabrın son günlərində Azərbaycan SSRİ-nin İranla sərhəd bölgələrində sərhəd dirəkləri sökülüb. Bu o vaxt İranda yaşayan azərbaycanlılarla həmrəylik aksiyaları sayılıb.