Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:00

Talibanın Heratda ‘genişmiqyaslı’ pozuntulara yol verdiyi deyilir


Herat, 21 sentyabr, 2021-ci il
Herat, 21 sentyabr, 2021-ci il

Qadınların deməsinə görə, Taliban Heratı ələ keçirəndən onların həyatı “tamamilə alt-üst olub”, evə qapanıblar

İnsan haqları müdafiəçiləri Talibanın Əfqanıstanın qərbindəki Herat şəhərində qadınlara və qızlara qarşı “genişmiqyaslı və ciddi” insan haqları pozuntularına yol verdiyini bildirir. Bu isə Kabildə idarəçiliyi ələ almış qruplaşmanın ölkə boyunca üzvlərinin hərəkətlərinə nəzarəti sarıdan ciddi narahatlıq yaradır.

Taliban avqustun 12-də Herata nəzarəti ələ alıb. O vaxtdan qruplaşma “tanınmış qadınları axtarmaqla; qadınların evlərindən kənarda hərəkətinə icazə verməməklə; məcburi geyim kodeksi tətbiq etməklə; iş yerləri və təhsilə çıxışı və sərbəst toplaşma hüququ məhdudlaşdırmaqla qadınlar və qızlar arasında qorxu yaradıb”, – Human Rights Watch və San Xose Dövlət Universitetinin İnsan Hüquqları İnstitutu sentyabrın 23-də bəyanatlarında bildiriblər.

Qadınların həyatı

İki təşkilat Heratda fəallar, müəllimlər və universitet tələbələri daxil olmaqla yeddi qadından müsahibə aldığını bildirir. Qadınlar təhlükəsizlikləri üçün qorxduqlarından anonimlik şərtilə danışıblar.

Qadınların deməsinə görə, Taliban Heratı ələ keçirəndən onların həyatı “tamamilə alt-üst olub”, evə qapanıblar, “ailənin kişi üzvü olmadan, yaxud geyim qadağalarına görə evlərindən çıxmağa qorxurlar”.

“Müsahibə aldığımız qadınlar üçün bildikləri həyat bir gecənin içində yoxa çıxıb, evlərində gizlənərək Talibanın onların dalınca gəlib-gəlməyəciyini gözləyirlər”, – Əfqanıstan üzrə tədqiqatçı Həlimə Kazım-Stoyanoviç deyib.

Yerinə yetirilməyən vədlər

Taliban 1996-2001-ci illərdə qəddar idarəçiliyi ilə ad çıxarıb, qızların məktəbə, qadınların işə, idmana getməsinə icazə verilməyib.

Ancaq avqustun 15-də Kabili ələ keçirən Taliban bu dəfə fərqli idarəçilik vəd edib. Di gəl, yalnız kişilərdən ibarət hökumət qurulub, qadın və qızların hüquqlarını məhdudlaşdıran addımlar atılıb.

Sentyabrın 2-də 80-dək qadın Heratda küçələrə çıxaraq Talibanı onların hüquqlarına hörmət etməyə çağırıb. Taliban onlara müdaxilə etməyib. Ancaq beş gün sonra keçirilən oxşar yürüşdə iki kişi öldürülüb, azı səkkiz nəfər yaralanıb.

Bundan sonra silahlılar Talibanın idarə etdiyi hökumətin razılıq vermədiyi etirazları qadağan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG