Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 12:44

Həmsədrlər gərginliyi azaltmağa çağırır


Qarabağda gərginliyə görə Bakı ilə Yerevan bir-birini, təhlilçilər Rusiyanı ittiham edir
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Qarabağda gərginliyə görə Bakı ilə Yerevan bir-birini, təhlilçilər Rusiyanı ittiham edir

Bəyanatda deyilir ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir.

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədində son insidentlərdən dərin narahatlıq bildirən bəyanat yayıb. ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev və Fransadan Bris Rokfeyin adından bəyanat noyabrın 15-də açıqlanıb.

Həmsədrlər tərəfləri gərginliyi dərhal azaltmaqdan ötrü konkret addımlar atmağa çağırırlar. Onlar tərəfləri qızışdırıcı ritorika və provokativ addımlardan çəkinməyə, 9 noyabr atəşkəs bəyanatı və digər atəşkəs razılaşmaları çərçivəsində öhdəliklərinə tam əməl etməyə səsləyirlər.

"Azərbaycan ərazi tutub" Paşinyandan yeni açıqlamalar
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Bəyanatda deyilir ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir. Həmsədrlər tərəfləri iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda və Minskdə Minsk qrupunun vasitəçiliyi ilə keçirilmiş görüşlərində əldə olunmuş proqresə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və rifah naminə birbaşa dialoqu davam etdirməyə çağırırlar.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Son günlər tərəflər bir-birini atəşkəsi pozmaqda, provokasiyada ittiham edib. Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-də deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sərhədin şərq hissəsində Ermənistan ərazisinə giriblər. Danışıqlar nəticəsində Azərbaycan hərbçilərinin, eləcə də Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarıldığı bildirilib.

Azərbaycan XİN isə “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutması, iki dövlətin sərhədinin Laçın rayonu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq” müvafiq tədbirlərin həyata keçirildiyini açıqlayıb.

XS
SM
MD
LG