Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:22

Həmkəndliləri Mübariz Mənsimovu günahsız sayırlar


Miyankü kənd sakinlərin Mübariz Məsimovla bağlı prezidentə müraciəti, 20 mart 2020
Miyankü kənd sakinlərin Mübariz Məsimovla bağlı prezidentə müraciəti, 20 mart 2020

AzadlıqRadiosunun müxbiri Türkiyədə həbs edilmiş işadamı Mübariz Mənsimovun ata-baba yurduna - Masallı rayonun Miyankü kəndinə baş çəkib.

Yolda gözə dəyən avtomobillərdə Mübariz Mənsimovun fotoları diqqət çəkir. Kəndin mərkəzinə toplaşan sakinlər hər gün buraya yığıldaqlarını, hətta qonşu kəndlərdən də gələnlərin olduğunu deyirlər. Onlar, beləcə, Mübariz Mənsimovun həbsinə diqqət çəkdiklərini düşünürlər.

“Biz burada toplaşmışıq ki,...”

Miyankü kəndinin bir qrup sakini
Miyankü kəndinin bir qrup sakini

Kənd sakini Valeh Nəzərov Mübariz Mənsimovn günahkar olduğuna inanmadığını söyləyir:

“Biz burada toplaşmışıq ki, Mübarizə dəstək olaq. Həm Azərbaycan üçün, həm də kənd üçün çoxlu işlər görüb.Azərbaycan Prezidentindən xahişimiz odur ki, Mübarizə dəstək olsun”.

Mübariz Məsimov Elçibəyin adını belə əbədiləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Orada deyilənə görə, kəndin ən qocaman sakini Nəhmət İbrahimov da söhbətə qoşulur:

“Mübarizi yaxından görməmişik. Uzaqdan bilirik ki, bizim övladımızdır, Türkiyədə işləyir. Kəndlərin yollarına asfalt çəkdirib. Məscid, məktəb tikdirib, qəbiristanlığımızı qaydaya salıb, təbii qaz, işıq çəkdirib, heyvandarlıq kompleksi salıb. Nə üçün onu həbs ediblərsə, hələlik, bilmirik. Dövlətimizin başçısı dəstək olsun, Mübarizin işini qurtarsın. Gəlsin, bizimlə görüşsün. Mən bunu istəyirəm”.

Miyankü kənd sakini Nəhmət Ibrahimov
Miyankü kənd sakini Nəhmət Ibrahimov

“Ona böhtan atıb, həbs ediblər”

Kəndin mərkəzinə toplaşan sakinlər həmyerlilərini müdafiə edir, işadamı haqqında bilgi verməyə də çalışırlar. Kənd sakini Həzi Aslanov onun qohumu olduğunu gizlətmir:

“Mübariz əmim oğludur. Mənim qardaşım Nadir Aslanov Qarabağda həlak olub. Biz həmişə Mübarizdən dəstək görmüşük. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan insanların ailələrinə həmişə qayğı göstərib. Kasıblara, əlillərə, xəstələrə dayaq olub. Ona böhtan atıb, həbs ediblər.”

“Bizim də Türkiyə sevgimiz var”

Miyankü kənd sakini
Miyankü kənd sakini

Bir başqa sakin - Rasif Rəcəbov bu olaya dayanıb Türkiyə əleyhinə danışanların yanıldığını vurğulayır:

“Biz Türkiyə ilə bir millət, iki dövlətik.Türkiyə həmişə Azərbaycana dəstək olub. Bizim də Türkiyəyə sevgimiz var. Türkiyə Prezidenti həmişə deyir ki, Azəbaycanın itkisi bizim itkimizdir. Ümid edirik ki, qardaş Türkiyədə həbs olunan qardaşımız Mübariz Mənsimov bəraət alacaq. Cərrahiyyə əməliyyatından təzə çıxan yerlimiz həbsxanada aclıq aksiyası keçirir. İstəyimiz odur ki, onu azadlığa buraxsınlar. O, azadlığa çıxanadək etirazlarımız sürəcək. Bizim başqa məqsədimiz yoxdur. Jurnalistlər etirazlarımız barədə düzgün məlumat vermirlər. Biz buraya özümüz, könüllü şəkildə toplaşırıq”.

Miyankü Masallı rayonun 98 kəndindən biridir, təxminən 1500 sakini var. Onların əsas məşquliyyəti heyvandarlıqdır.

Kənd sakinlərinin səsləndirdiyi fikirlərə, hələlik, Azərbaycanın dövlət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Miyankü kəndinin girəcəyi
Miyankü kəndinin girəcəyi

Səfir nə deyib?

Amma Türkiyənin Azərbaycandakı səfiri Mübariz Məsimovun həbsi ilə bağlı məsələyə münasibət bildirib.Yerli kütlvi informasiya vasitələrində yer alan məlumata görə, səfir Erkan Özoral açıqlamasında bildirib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:

"Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcək".

Bu günlər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da bu məsələyə münasibət bildirib. Martın 18-də yayılan açıqlamada yazılıb ki, M.Mənsimovun saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz:

«Son günlərdə Türkiyədə «Palmali» Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Dövlət Neft Şirkətinin adı hallandırılıb. Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər».

Açıqlamada sonra da qeyd edilib ki, 2018-ci ildən bəri SOCAR «Palmali» Qrupuna qarşı arbitraj prosedurlarına başlayıb.

Amma həmin arbitraj prosedurlarının detalları açıqlanmayıb.

Xatırlatma

Mübariz Mənsimov haqda həbs qərarı verildi
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Mübariz Mənsimov martın 15-də İstanbulda saxlanıb. Türkiyə mediasında yazılanlara görə, o, İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində axtarış aparıldığı da bildirilib. «Hürriyet» qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib.

«Palmali» Şirkətlər Qrupu M. Mənsimovun günahsız olduğunu bildirən açıqlama yayıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yüzlərcə insan həlak olub. Daha sonra on minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan Fətullah Gülən hazırlayıb. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamı qəbul etmir.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Burada hərbi məktəb bitirib. O, «Palmali» Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi olduğu deyilir.

Polis Mübariz Məsimova dəstək aksiyasını dağıtdı
Gözlə

No media source currently available

0:00 0:09:17 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG