Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

Həbsdəki şairin vəziyyəti pisləşib


Saday Şəkərli
Saday Şəkərli

-
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbsə məhkum edilmiş şair Saday Şəkərlinin səhhəti pisləşib. Bu səbəbdən o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində şair barəsindəki hökmdən apellyasiya şikayətinə baxılmalı idi. İşə baxan hakim Camal Ramazanov Penitensiar Xidmətin əməkdaşlarından Saday Şəkərlini zala gətirmələrini istəyəndə bəlli olub ki, şair ümumiyyətlə, məhkəməyə gətirilməyib. Buna səbəb onun vəziyyətinin pisləşməsi və bununla əlaqədar Müalicə Müəssisəsinə köçürülməsidir. Ona görə də məhkəmə prosesi iyulun 5-nə qədər təxirə salınıb.

Şairin yaxınları AzadlıqRadiosuna bildirib ki, Saday Şəkərlinin səhhətində uzun müddətdir problemlər var: «Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən qaldırılsa da, əhəmiyyət verilmədi. Nəticədə vəziyyəti daha da pisləşdi».

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Ona qarşı CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Şair Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etməkdə təqsirləndirilib. O, ittihamı rədd edib və həbsini hökumətin tənqidi məzmununda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

XS
SM
MD
LG