Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:10

Kürdyönlü HDP səslərini Ərdoğanın rəqibinə verəcək (Video)


Türkiyədki kürdyönlü HDP partiyası müxalifətin namizədinə səs verə bilər
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Türkiyədki kürdyönlü HDP partiyası müxalifətin namizədinə səs verə bilər

Türkiyınin əsas kürdyönlü Xalq Demokratik Partiyası (HDP) martın 22-də bildirib ki, may seçkilərində prezidentliyə öz namizədini irəli sürməyəcək.

Partiya bəyan edib ki, bunun əvəzində prezident Recep Tayyip Ərdoğanın əsas rəqibinə dəstək verəcək.

AFP yazır ki, HDP-nin bu qərarı anti-Ərdoğan düşərgəsində mümkün parçalanmanın qarşısını alacaq və müxalifətin vahid namizədi Kemal Kılıcdaroğlunun qələbə şanslarını artıracaq.

HDP bundan əvvəlki üç ümumi seçkidə səslərin 10 faizindən çoxuna sahiblənə bilib və o may seçkisində də həlledici rol oynaya bilər.

HDP-nin həmsədri Pervin Buldan bu barədə deyib:

"Biz prezident seçkisində öz namizədimizi verməyəcəyik. Biz qarşıdan gələn seçkidə bir adamın hakimiyyətinə son qoymaq kimi tarixi vəzifəmizi yerinə yetirəcəyik”.

“Osmanlıdan bu yana ən tarixi seçki”

AFP yazır ki, şərhçilər may seçkisinin Osmanlıdan sonrakı Türkiyə tarixinin ən mühüm seçkisi olduğunu bildirirlər.

HDP-nin qərarı ölkəyə iki onillikdir rəhbərlik edən Ərdoğanı mühüm seçki blokundan məhrum edir, belə ki, o xüsusilə də hakimiyyətinin ilk onilliyində kürd seçicilər tərəfindən əsasən dəstəklənirdi.

Ərdoğanın hökuməti bir vaxtlar HDP siyasətçiləri ilə birlikdə kürd separatçıların hücumlarına son qoya bilmişdi.

Amma indi Ərdoğan HDP-ni Kürdüstan İşçi Partiyası – PKK-nın siyasi qolu olmaqda ittiham edir.

Sol təmayüllü HDP bu ittihamları rədd edir və bildirir ki, Ərdoğan bu partiyanı onun iqtisadi və sosial siyasətini kəskin tənqid etdiyinə görə cəzalandırır.

HDP-ni müxalifətin millətçi partiyaları da qəbul etmir

AFP yazır ki, Ərdoğan və onun parlamentdəki ifrat sağçı müttəfiqləri hazırda HDP-nin terrorla bağlı olmasına dair iddialarla buraxılmasına çalışırlar.

Martın 22-də Türkiyənin Konstitusiya Məhkəməsi HDP-nin bu işlə bağlı qərarın mayın 14-ü seçkisindən sonraya saxlanmasına dair ricasını rədd edib.

HDP müxalifətin Kılıcdaroğlunu dəstəkləyən 6 partiyalı alyansından çıxarılıb.

Məsələ burasındadır ki, anti-Ərdoğan koalisiyasına daxil ifrat millətçi partiyalar HDP ilə müttəfiq olmaq istəmirlər.

Bu həftənin əvvəlində HDP liderləri ilə görüşən Kemal Kılıcdaroğlu kürd dilinə qoyulmuş məhdudiyyəti ləğv edəcəyini və kürdlərin qalan narahatlıqlarını nəzərə alacağını vəd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG