Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

Ekspert: 'Hazırda bir dənə də boş süni tənəffüs aparatı yoxdur" (VIDEO)


Dağıstanda etiraz: Şahidlər AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:15:35 0:00

Dağıstanda etiraz: Şahidlər AzadlıqRadiosuna danışır

Azərbaycan xəstəxanalarında yer çatışmazlığı yaranıb və durum təhlükəli həddə gəlib. Bunu AzadlıqRadiosuna müsahibəsində ictimai fəal, uroloq həkim Vasif İsmayıl deyir:

“Xəstələnmiş insanların xəstəxanaya aparılmasında çox ciddi gecikmələr meydana gəlir. Beş gün gözləyən insanlar var. Hətta təcili yardım gələ bilmədiyi üçün evində vəfat edən insanlar var. Ən əsas məsələ süni tənəffüs aparatlarının sayı məsələsidir. Süni tənəffüs aparatlarının hamısı dolub bu dəqiqə...”

Vasif İsmayıl deyir ki, koronavirus üçün ayrılmış bütün xəstəxanalar dolub, başqa xəstəxanaları koronavirus üçün açmaq isə o deməkdir ki, başqa xəstəliklərdən əziyyət çəkənlər tibbi yardımsız qalacaq.

Rəsmi vəziyyətin düzələcəyinə ümid edir...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi - TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Turan agentliyinə müsahibəsində, durumun tezliklə düzələcəyinə ümid etdiyini deyib:

“Nazirlər Kabinetinin yüngül simptomlu şəxslərin evdə təcridlə bağlı qərarı var, bu qərar hələ ki, təsdiqlənməyib, yaxın günlərdə təsdiq olunması gözlənilir. Bu da bizə boş çarpayı yerlərinin açılmasına dəstək olacaq”.

AzadlıqRadiosuna adının çəkilməməsi şərti ilə danışan bir vətəndaş deyir ki, 61 yaşlı anasını xəstəxanaya aparmırlar ki, yer yoxdur:

“Pozitiv çıxıb, oturub evdə, yer yoxdur heç yerdə. Öskürür, narahatdır. Valideynlərim bütün özəl və dövlət klinikalarına müraciət edib, heç kim tomoqrafiya etmir. Heç olmasa, anamın tomoqrafiyası olunmalıdır, baxılmalıdır ki, ciyərlərində nə var. Valideyndir, yaşlı insandır, həyacan keçirir...”

"Gəlib çıxmadılar... Sonra da qızdırma içində öldü"
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Azərbaycanda son günlər koronavirusa gündəlik yoluxma halları 400-ə yaxınlaşır.

Bəzi tənqidçilər hesab edirlər ki, yoluxmanın artması karantinin nisbi yumşalmasından sonra müşahidə olunmağa başladı.

Mayın 1-dən Nazirlər Kabineti karantini yumşaltmaq barədə qərar verdi, kafe, restoranları və ticarət mərkəzlərini açdı.

Hökumət qərarını əsaslandırarkən bildirdi ki, yumşalmaya qərar verərkən, virusun yayılma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınıb. Amma indi yayılmanı azaltmaq üçün həftədə bir neçə gün sərt karantin qaydaları tətbiq edilir, insanların küçəyə çıxmasını birdəfəlik yasaqlanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG