Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Ermənistanda müxalifyönlü cərrah yenidən həbs oluna bilər


Keçmiş prezident, Ermənistan Alyansının rəhbəri Robert Koçaryan (sağda) Armen Çarçyanla seçki yürüşündə, may, 2021-ci il
Keçmiş prezident, Ermənistan Alyansının rəhbəri Robert Koçaryan (sağda) Armen Çarçyanla seçki yürüşündə, may, 2021-ci il

Özünü təqsirli bilməyən Çarçyan deyir ki, işçilərindən seçkiyə getməyi xahiş edib, heç kəsi işdən çıxarmaqla hədələməyib

Yerevan məhkəməsi seçkiyə təzyiqdə ittiham olunan tanınmış cərrahın təkrar həbsinə dair prokurorların vəsatətini təmin edib. Cərrah Armen Çarçyan 20 iyun parlament seçkisində müxalifət alyansından deputat seçilib. Onun tabeliyində olanlara səsverməyə getmək üçün təzyiq göstərdiyi bildirilir.

Qalmaqallı səsyazısı

Prokurorlar vəsatətdə bildiriblər ki, Çarçyan azadlıqda qalarsa məhkəmənin digər tərəflərinə təzyiq göstərə bilər.

Həkimin vəkilləri isə qərardan şikayət verəcəklərini deyiblər.

Çarçyan Yerevandakı İzmirlyan Tibb Mərkəzinin rəhbəridir. Bir qeyri hökumət təşkilatı onun xəstəxana heyəti ilə seçkiöncəsi görüşünün səsyazısını yayandan sonra ittihamlarla üzləşib.

Səsyazısında Çarçyan olduğu iddia edilən şəxs işçilərinə deyir ki, növbədənkənar seçkiyə gedib səs verməlidirlər, yoxsa xəstəxana rəhbərliyi tərəfindən “daha sərt münasibət” görə bilərlər.

O, Cinayət Məcəlləsinin seçicilərin hər hansı formada məcburedilməsi maddəsi ilə ittiham edilib.

Özünü təqsirli bilmir

Seçkiyə “Ermənistan (Hayastan) Alyansı”ndan qatılan cərrah ittihamları siyasi motivli adlandırıb.

İyunun 23-də Yerevan məhkəməsi Çarçyan barəsində həbs qətimkan tədbiri çıxarıb. Hayastan alyansının rəhbərliyi, xəstəxananın sahibi olan Erməni Apostol Kilsəsi, eləcə də yüzlərlə tibb işçisi ona azadlıq tələb edirdilər.

61 yaşlı Çarçyan iyulun 19-da məhkəməsi başlananda zaminə buraxıldı.

Özünü təqsirli bilməyən Çarçyan deyir ki, işçilərindən seçkiyə getməyi xahiş edib, heç kəsi işdən çıxarmaqla hədələməyib.

Təqsirli bilinərsə, tanınmış cərraha yeddi il həbs cəzası kəsilə bilər.

XS
SM
MD
LG