Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənir. Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimal edilir.
Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-25 dərəcə isti təxmin edilir.