Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Nazirlik: ‘Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək’


arxiv foto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün, iyulun 4-də günün ikinci yarısında hava ilə bağlı növbəti açıqlama yayıb.

Məlumatda bildirilir ki, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

“Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var”, məlumatda vurğulanır.

Nazirliyin iyulun 4-də günorta açıqladığı ilk məlumatımda iyulun 5-də günün birinci yarısında Bakıda 41, bəzi bölgələrdə isə 42 dərəcə isti gözləndiyi açıqlamışdı. Günün ikinci yarsında da temperaturun bir qədər düşəcəyi qeyd edilmişdi.

Xatırlatma

Son 1 həftədə Bakıda və ölkənin bölgələrində anomal istilər qeydə alınıb.

Hətta iyulun 1-də Bakı və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisinin qeydə alındığı bildirilirdi.

“43-44 dərəcə. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib. 41, 6 dərəcə. Qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdu”, Milli Hidrometeorologiya Departamentinin məlumatda vurğulanırdı.

Bəzi günlərdə hətta bölgələrdə temperaturun müsbət 46 dərəcəyə yüksəldiyi açıqlanmışdı.

XS
SM
MD
LG