Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Temperaturun düşəcəyi gözlənir


Arxiv foto
Arxiv foto

Noyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi təxmin edilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı, şimal küləyinin əsəcyi ehtimalı var.
Ekologiyya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə 7-12, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 7-11 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq verir ki, Bakıda arabir küləyin güclənənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənir.

Rayonlarda isə noyabrın 11-i günün ikinci yarısından 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı təxmin edilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enə, çaylarda sululuq arta bilər.

XS
SM
MD
LG