Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:04

Dağlıq ərazilərdə qar yağa bilər


Azərbaycan, Xınalıq, 3 noyabr 2014
Azərbaycan, Xınalıq, 3 noyabr 2014

Dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.Səhər bəzi yerlərdə zəif duman olacağı, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 5-7, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 24-də ölkənin bölgələrində də havanın yağmursuz olcağı, amma bəzi rayonlarda yağış, dağlarda isə qar yağacağı ehtimalı var.
Gecə 2-6, gündüz 6-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dəeəcə isti təxmin edilir.

XS
SM
MD
LG