Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:15

Bakıda yağıntı olmayacaq,dağlıq ərazilərdəsə qar gözlənir 


Yanvarın 6-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi,gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 6-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Lakin axşam bəzi qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-7 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG