Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Bakıda külək, bölgələrdə yağış gözlənilir 


Yağış
Yağış

İyulun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 23-25, gündüz 27-32 isti, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 22-də Azərbaycanın rayonlarında, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 isti, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG