Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:09

Bakıda güclü şimal küləyi gözlənir


arxiv foto

İyulun 7-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq edir ki, iyulun 7-dən 08-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənir

Azərbaycan rayonlarında da iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG