Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:57

Bəzi yerlərdə yağış, dolu gözlənir


Bakı
Bakı

İyunun 29-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti proqnozlşadırılır.

İyunun 29-da Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG