Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Hava soyuyacaq


Arxiv foto
Arxiv foto

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında belə deyilir.

Bazar ertəsi havanın temperaturunun gecə Abşeron yarımadasında və Bakıda gecə 9-11, gündüz 17-19 isti olacaq.

Noyabrın 5-də günün ikinci yarısından başlayaraq ertəsi gün gündüz saatlarınadək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında hava şəraitinə gəincə, şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 13-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı təxmin edilir.

Noyabrın 5-i axşamdan başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda, xüsusən də Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı təxmin olunur.

XS
SM
MD
LG