Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 08:09

Dağlıq ərazilərdə şaxta gözlənir

arxiv foto
arxiv foto

Oktyabrın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnoz edilir.

Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, mülayim cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 17-19,Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti gözlənir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Gecə 8-12, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təxmin edilir.

This item is part of
XS
SM
MD
LG