Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Prezident iranlıları ‘daha çətin vaxtlara’ hazır olmağa çağırır


Hassan Rohani
Hassan Rohani

İran dövlət televiziyasının verdiyi xəbərə görə prezident Hassan Rohani iranlıları ABŞ sanksiyalarının bərpası ilə bağlı daha çox çətinliklərə hazır olmağa çağırıb.

Dövlət televiziyasının xəbərinə görə Rohani oktyabrın 31-də keçirilən hökumət müşavirəsində deyib:

"Son aylarda adamların vəziyyəti onsuz da ağır idi, amma qarşıdan gələn günlərdə vəziyyət daha da ağır ola bilər”.

Birləşmiş Ştatlar ötən may ayında 2015-ci ilin nüvə sazişindən çıxdığını bəyan edib. Bu saziş İran və altı dünya gücü arasında imzalanıb və Tehranın öz nüvə proqramını qısması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Birləşmiş Ştatlar bu sazişdən çıxdıqdan sonra Vaşinqton İran üzərinə ABŞ sanksiyalarının bərpa olunacağını bildirib. İranın neft və qaz ixracatını hədəfləyəcək sanksiyaların ikinci dalğası noyabrın əvvəllərindən başlanacaq.

ABŞ dünya ölkələrini İran neftini almamağa çağırıb və bildirib ki, İran neftinin ixracını sıfra endirməyə çalışacaq.

İran prezidenti müşavirədə etdiyi çıxışında daha sonra deyib: “Siz İran nefti barəsində heç bir məqsədinizə çatmayacaqsınız. Siz ixracatı nə sıfra endirə biləcək, nə də azalda biləcəksiniz”.

İran hazırda iqtisadi böhran yaşayır və ölkədə ara-sıra etiraz aksiyaları baş qaldırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG