Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:37

İran prezidenti nüvə sazişinin qorunub saxlanmasına çalışır


Hassan Rohani
Hassan Rohani

Vyanaya səfəri zamanı İran prezidenti deyib ki, onun ölkəsinin maraqları razılaşmanı imzalayan ölkələr tərəfindən qorunduqca, Tehran 2015-ci il nüvə sazişində qalacaq.

İyulun 4-də Avstriya prezidenti Van der Bellenlə görüşdən sonra jurnalsitlərin suallarına cavab verən , Hassan Rohani deyib ki, ABŞ-ın bu razılaşmadan çıxması “qanunsuzdur”.

O bildirib ki, nə Birləşmiş Ştatların, nə də başqa ölkələrin sazişdən çıxması onlara fayda gətirməyəcək.

Rohani buna da işarə edib ki, İran onun neft sənayesinə qarşı hər hansı hədələrə cavab verəcək:

“Amerikalılar deyirlər ki, onlar İran neftinin ixracını sıfra endirmək istəyirlər. Bu onu göstərir ki, onlar bunun nəticələri barədə düşünməyiblər”.

Bundan əvvəl, iyulun 3-də Rohani işarə etmişdi ki, Vaşinqton neft məsələsində İranı sıxışdırmaq hədəsini reallaşdırsa, İran da qonşu ölkələrdən neft daşınmalarını poza bilər.

İran prezidenti bəyanatında bu hədənin detallarını açıqlamasa da, Tehran əvvəllər böyük neft yolu olan Hörmüz körfəzini blokadaya ala biləcəyi ilə hədələyib.

Rohani və onun xarici işlər naziri Mohammad Javad Zarif Avstriya liderləri danışıqlardan sonra İsveçrəyə səfər edəcəklər.

İyulun 6-da İranın və nüvə sazişində iştiraklarını davam etdirən 5 ölkənin – Britaniya, Fransa, Rusiya, Almaniya və Çinin xarici işlər nazirləri Vyanada görüşəcək və ABŞ-ın sazişdən çıxması ilə əlaqədar “tarixi razılaşmanı” qoruyub saxlamağın yollarını müzakirə edəcəklər.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, müzakirələrdən məqsəd sazişin icra olunmasının bundan sonra davam etdirilməsini təmin etməkdir.

Özünün Avropa səfər turuna başlamazdan əvvəl Hassan Rohani iyulun 2-də demişdi ki, “qarşıdan gələn günlərdə” Avropa ölkələri nüvə sazişini qoruyub saxlamaq üçün tədbirlər paketini açıqlayacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG