Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:14

Şahzadə Harry və həyat yoldaşı Meghan kral ailə üzvlüyü statusundan imtina ediblər


Şahzadə Harry və həyat yoldaşı Meghan , 2017-ci il, 27 noyabr
Şahzadə Harry və həyat yoldaşı Meghan , 2017-ci il, 27 noyabr

Britaniya şahzadəsi Harry və həyat yoldaşı Meghan kral ailəsi üzvlüyü statusundan imtina ediblər.

Onlar yaydıqları bəyanatda bildiriblər ki, öz vaxtlarını Britaniya və Şimali Amerika arasında bölmək istəyirlər.

Çütlük bəyan edib ki, kraliça qarşısında öz borclarını yerinə yetirməkdə davam etməklə, işləmək və maliyyə cəhətdən kral ailəsindən müstəqil olmaq istəyirlər.

Harry və Meghan yeni xeyriyyə təşkilatı yaradacaqlarını bəyan ediblər. Amma hələlik yeni təşkilat barədə ətraflı məlumat verilməyib.

Bukinqem sarayı bəyan edib ki, şahzadə və həyat yoldaşının istəklərini anlaşma ilə qarşılayır və bütün məsələlərin həlli vaxt tələb edir.

Şahzadə Harry və amerikalı aktrisa Meghan 2018-ci il mayın 19-da evləniblər.

Megahnın 38, Harry isə 35 yaşındadır, bir övladları var.

Megahn Brtaniya şahzadəsinə ərə gedən ilk mulat və amerikalı aktrisadır.

Anası afroamerikalı, atası isə ağ dərilidir.

Britaniyada kral ailəsi ölkənin siyasi həyatında əsas rol oynamasa da bir çox insanlar onu ölkənin rəmzi hesab edirlər.

Krallığın yerləşdiyi ərazilər isə turistlərin ən sevimli yerlərindən biridir.

Amma bu sistemi tənqid edənlər,dövlət vəsaitinin məsrəf edilməsi kimi qəbul edənlər də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG