Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:06

ABŞ-da Türkiyənin dövlət bankına qarşı cinayət işi qaldırılıb


Türkiyənin səhmlərinin çoxu dövlətə məxsus Halbank bankı barədə ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçmək məqsədilə milyardlarla dollarlıq sxemdə iştirakına görə cinayət işi qaldırılıb.

Oktaybrın 15-də Nyu York prokurorları iddia ediblər ki, bank İran və Türkiyə hökumətlərinin yüksək vəzifəli rəsmilərinin himayəsindən istifadə edərək genişmiqyaslı fırıldaqçılıq və çirkli pulların yuyulmasında iştirak edib.

Prokurorlar bunu da deyiblər ki, Halkbank Tehranın qanunsuz olaraq milyardlarla dollarlıq neft gəlirləri əldə etməsinə kömək edən balıqqulağı şirkətlərinin mürəkkəb şəbəkəsindən faydalanıb.

ABŞ prokuroru Geoffrey Bermanın bəyanatında deyilir ki, Halkbankın vəzifəli menecerləri Birləşmiş Ştatların İrana qarşı sanksiyalarından yan keçilməsi sxeminin iştirakçısı olublar.

Baş prokurorun milli təhlükəsizlik üzrə müavini John C. Demers deyib ki, bu hərəkətlər İrana qarşı sanksiyaların misli görünməmiş şəkildə pozulması hesab edilə bilər.

Prokurorlar xüsusilə vurğulayıblar ki, Türkiyə bankı 2012-2016-cı illər arasında Tehrana qarşı ABŞ sanksiyalarının olmasına baxmayaraq İrana öz neft gəlirlərini beynəlxalq bazarlarda xərcləmək imkanı yaradıb.

Ötən il Halkbankın keçmiş başçılarından biri, Mehmet Hakan Atillaya qarşı buna bənzər ittihamlar irəli sürülmüş və o azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Bu məhkəmə prosesində əsas şahid kimi İran azərbaycanlısı olan Reza Zarrab çıxış edirdi.

O İrana xaricdə dondurulmuş neft gəlirlərinə giriş verilməsinə kömək etdiyini demişdi.

Zarrab 2016-cı ildə həbs edilərkən Trump-ın şəxsi vəkili və yaxın adamı Rudy Giuliani də özünün vəkillər komandasına dəvət etmişdi.

Giuliani isə Zarrabı Türkiyədə saxlanan amerikalı keşişlə dəyişməyə çalışırdı.

Bloomberg News saytının verdiyi xəbərə görə Giuliani habelə 2017-ci ildə Trump-dan xahiş etmişdi ki, ovaxtkı dövlət katibi Rex Tillerson-dan Ədliyyə Nazirliyinin Zarraba qarşı işə xitam verməsini istəsin.

Keçmiş Nyu York prokuroru və meri Giuliani daha sonra demişdi ki, onun Zarrab işindəki vəkilliyi etik və hüquqi xarakter daşıyıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG