Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Prezidentin təyyarəsini vurma cəhdində ittiham olunan zaminə buraxılıb


Artur Vardanian, 2 dekabr 2016

Sentyabrın 14-də Yerevanda keçirilən prosesdə məhkəmə silahlı birləşmə lideri hesab edilən Artur Vardanianı 2 min dollar girov müqavilində zaminə buraxıb.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

2015-ci ilin noyabrında Ermənistan Milli təhlükəsizlik nazirliyinin yaydığı məlumatda başda Artur Vardanian olmaqla 9 nəfərin həbs olunduğunu və həmin şəxslərin ölkədə hakimiyyəti ələ keçirmək cəhdində olduqlarını bəyan edilirdi. Həmin məlumatda ələ keçirilən qrup üzvlərindən xeyli sayda silah-sursat tapıldığını bildirilirdi.

İttihama görə, Vardanian birgə yaratdıqları silahlı qrupla uçuş zamanı Ermənistan prezidentinin təyyarəsini vurmağı və prezident iqamətgahını, parlamentı, Konstitutsiya məhkəməsinı, İctimai televiziyanı zor gücü ilə tutmaqla hakimiyyəti ələ keçirməyi planlaşdırırmış. Vardanyan və onunla birgə həbs olunan yoldaşları isə bu ittihamları əsassız hesab edirlər. .

AzadlıqRadiosuna müsahibəsində Artur Vardanianın vəkili Levon Baqdasaryan məhkəmənin qərarını "qanuni və nüfuzlu" adlandırıb. O, "Bu cinayət işinin perspektivi yoxdur" - deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG