Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:08

ABŞ hakimi xüsusi prokurorun səlahiyyətlərini sual altına alır


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

ABŞ hakimlərindən biri xüsusi prokuror Robert Mueller-in Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort-a qarşı ittiham sürmək səlahiyyətinin olduğunu sual altına alıb.

O belə bir fikir irəli sürüb ki, prokurorların əsas məqsədi Manafortdan prezidentə qarşı ifadə almaqdır.

Mayın 4-də Virciniya ştatının Aleksandriya şəhərində keçirilən gərgin dinləmə zamanı hakim T.S. Ellis III bəyan edib ki, Manaforta qarşı vergi və bank fırıldağı ittihamlarının Trump kampaniyasının Rusiya ilə sövdələşməsinə heç bir aidiyyatı yoxdur.

T.S. Ellis III vaxtilə bu vəzifəyə keçmiş prezident Ronald Reagan tərəfindən təyin edilib.

Dinləmədə Manafort-un vəkili Kevin Downing deyib ki, xüsusi prokuror diqqətini təhqiqatının predmetinə yönəltməlidir və Mueller-in belə bir səlahiyyəti yoxdursa, onun ittihamlarına da xitam verilməlidir.

Lakin dövlət vəkili Michael Dreeben deyib ki, xüsusi prokuror çox geniş səlahiyyətlərə malikdir və o Manafort-a ittihamlar elan etmək ixtiyarına sahibdir, çünki Manafort həm Trump-ın kampaniyasına, həm də Ukrayna və Rusiya rəsmilərinə bağlı şəxsdir.

Manafort ABŞ hakimiyyət orqanlarından 2006-cı ildən 2015-ci ilədək Ukraynanın rusiyayönlü siyasətçilərinə məsləhətçilik etməsindən qazandığı on milyonlarla dolları gizlətməkdə ittiham edilib.

Mayın 4-də sözü gedən hakim Manafort işinin xüsusi prokurordan alınaraq adi prokurorlara verilməsi barədə mülahizə yürüdüb. Ellis bu məsələ barədə hökm çıxarmayıb və onun hökmü yazılı şəkildə təqdim edəcəyi gözlənilir.

Dallas-da çıxış edən Trump “yüksək hörmətə malik hakim” Ellisi tərifləyib və bildirib ki, Ellis “onun çoxdan dediyini indi dilə gətirib”.

Manafort-a qarşı Vaşinqtonda ayrıca ittihamlar irəli sürülüb. Burada o çirkli pulların yuyulmasında və Ukraynanın rusiyapərəst hökuməti üçün lobbiçilik etməkdə ittiham olunur.

Manafort-un vəkilləri bu ittihamların da ləğvinə çalışırlar.

Manafort təqsirsiz olduğunu bildirir, Trump-sa onun kampaniyasının Rusiya ilə sövdələşməyə girdiyinə dair iddiaları rədd edir.

O Mueller-in təhqiqatını özünə qarşı “əcinnə ovu” adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG