Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Hakim olmaqdan imtina edir


Hakim
Hakim

Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə daha bu vəzifədə işləmək istəmir. O, ümumiyyətlə, hakimlik səlahiyyətlərinə xitam verilməsi üçün Məhkəmə Hüquq Şurasına ərizə göndərib. Onun ərizəsinə Şuranın növbəti iclasında baxılacağı gözlənilir.

A.Mirzəzadə özü hakimlikdən getmək istəməsinin səbəbləri haqda danışmır.

Azərbaycan məhkəmə təcrübəsində bundan öncə də belə hal olub. Nəsimi Rayon Məhkəməsinin hakimi Elmar Kərimov səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurasına müraciət etmişdi. Lakin o zaman Şura onun ərizəsinə «yox» dedi. Sonradan E.Kərimovun səlahiyyət müddəti başa çatanda müddət uzadılmadı.

Hazırda E.Kərimov vəkil kimi fəaliyyət göstərir.

A.Mirzəzadənin də vəkilliklə məşğul olmaq istədiyi bildirilir.

1981-ci il təvəllüdlü A.Mirzəzadə 5 ildir ki, hakimdir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan xanım hakim bu vəzifəyə qədər - 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində işləyib. Daha sonra 3 il ərzində Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG