Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Microsoft Rusiyaya bağlı hakerləri aşkar etdiyini bildirir


Microsoft şirkəti bildirir ki, ABŞ-da noyabr mövsümarası seçkiləri ərəfəsində Rusiyanın ABŞ-da siyasi qrupları hədəfləmək məqsədli haker cəhdlərini aşkar edib.

Şirkət bildirir ki, Rusiya hökumətinə bağlı bir haker qrupu Kremlə tənqidi münasibət bəsləyən iki Vaşinqtion mühafizəkar analitik mərkəzinin saytlarını imitasiya etmək məqsədilə iki saxta internet domeni yaradıb. Bu anallitik mərkəzlər – Hudson İnstitute və Beynəlxalq Respublikaçılar İnstitutudur (International Republican Institute).

Microsoft bildirir ki, hakerlər ABŞ Senatının saytları kimi görünməyə hesablanmış üç saxta domen yaradıblar.

Microsoft bu haker qrupunun Strontium adlandığını bildirir. Başqaları qrupu Fancy Bear və ya APT28 adlandırırlar.

ABŞ xüsusi prokuroru Robert Mueller-in ittihamnaməsində bu qrupun Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsinə bağlı olduğu bildirilir.

Qısaldılmış adı GRU olan bu təşkilat Demokratik Partiyanın Milli Komitəsinin serverlərinə və demokrat namizəd Hilalry Clinton-un elektron ünvanına haker hücumu etməkdə günahlandırılır.

Rusiya prezidenti Putinin sözçüsü Dmitry Peskov hökumətin hakerlərlə bağlı insidentlərdə hər hansı rol oynadığını inkar edib.

Peskov avqustun 21-də jurnalistlərə deyib: "Biz iddia olunan bu hərəkətlərin gələcək seçkilərə nə təsiri olacağını bilmirik. Biz onların hansı hakerlərdən danışdıqlarını, onların seçkilıəri necə təsirləndiridiyini və bu nəticələrin hardan əldə olunduğunu bilmirik”.

Bunun ardfınca Rusiya XİN Microsoft şirkətinin ittihamlarını “Vaşinqtonu bürümüş əcinnə ovu” adlandırıb.

Microsoft-un göstərdiyi internet saytları istifadəçiləri buradakı linklərə daxil olmağa sövq edir. Bundan sonra ziyanlı proqram kompüterə sirayət edərək casusluq müşahidəsi ilə məşğul olur.

Microsoft-un prezidenti və baş hüquqşünası Brad Smith deyib ki, hakerlərin sözü gedən Vaşinqton analitik mərkəzlərinin saytlarına uğurla müdaxilə etdiklərini göstərən əlamətlər yoxdur.

Beynəlxalq Respublikaçılar İnstitutuna altı senatorun daxil olduğu şura rəhbərlik edir. Onlardan biri də Rusiyanın qatı tənqidçisi Mitt Romney-dir.

Bundan bir ay əvvəl demokrat senator Claire McCaskill Rusiya hakerlərinin onun Senat kompüterinə uğursuz müdaxilə cəhdi etdiklərini bildirmişdi.

Microsoft indiyədək məhkəmə qaydası ilə Rusiya hakerləri tərəfindən yaradılmış 84 saxta saytın bloklanmasına nail olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG