Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Məhkəmə ‘Şaltay-Boltay’ hakerlərinin başçısını azad etmədi


Vladimir Anikeyev
Vladimir Anikeyev

Moskva məhkəməsi hakerlər qrupunun liderlərindən birinin azadlığa buraxılmasına dair vəsatəti rədd edib. Vladimir Anikeyevin baş nazir Dmitri Medvedevin Twitter hesabı da daxil yüksək vəzifəli şəxslərin internet hesablarına müdaxilə etdiyi bildirilir.

Lefortovo rayon məhkəməsi yanvarın 12-də Şaltay-Boltay adı ilə tanınan haker qrupunun rəhbəri Anikeyevin cəzasının şərtiyə dəyişdirilməsinə dair vəsatəti rədd edib.

Bu dinləmə, materialların məxfiliyinə görə bağlı qapılar arxasında keçirilirdi.

Anikeyev ötən ilin iyulunda hakimiyyət orqanları ilə əməkdaşlıq barədə sənəd imzaladıqdan sonra iki il müddətinə azadlıqdan məhrum edilib.

Qrupun iki digər üzvü - Aleksandr Filinov və Konstantin Teplyakov sentyabr ayında üç il müddətinə azadlıqdan məhrum olunublar.

2016-cı ildə Şaltay-Boltay üzvlərinin həbs edilməsi, yalnız Rusiya mediası Federal Təhlükəsizlik Xidməti kibercinayət şöbəsinin iki əməkdaşının dövlətə xəyanət ittihamı ilə saxlandığını yazanda məlum olmuşdu.

Rusiya mediası belə bir mülahizə yürüdürdü ki, qrup rəsmi şəxslərə bağlıdır və ya hökumət ona nəzarət etməyə çalışıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG