Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:41

Hakan Şükürə həbs təhlükəsi


Keçmiş futbolçu, millət vəkili Hakan Şükür
Keçmiş futbolçu, millət vəkili Hakan Şükür

Türkiyənin futbol əfsanəsi Hakan Şükürə qarşı prezidentin təhqir edilməsi ittihamı irəli sürülüb

Türkiyədə futbol karyerası bitdikdən sonra millət vəkili olmuş Hakan Şükür yazdığı tvitlərə görə 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Prokurorlar Hakan Şükürə qarşı cinayət işini onun @HakanSukur Tvitter hesabından yazdığı postlarda prezidenti və onun oğlunu təhqir etdiyinə görə qaldırıblar.

Doğan agentliyinin verdiyi xəbərə görə, bu hadisə ilə bağlı 44 yaşlı Şükür öz postları ilə Erdoğanı təhqir etmək niyyəti olmadığını bildirib. Lakin prokurorluq hesab edir ki, tvitlər birbaşa prezidenti hədəfləyib.

İttihamnamə qəbul edilib və qarşıdan gələn həftələrdə məhkəmə dinləmələrinin başlanacağı gözlənilir.

Türkiyənin futbol tarixində ən sərrast hücumçu 1987-2007-ci illər arasında 112 oyunda 51 qol vurub.

O həmçinin Türkiyədə 2002-ci il dünya çempionatının qəhrəmanı hesab edilir. Həmin çempionatda Türkiyə özünün futbol salnaməsində ən yaxşı nailiyyətini əldə edərək üçüncü yeri tutmuşdu.

Tapsalar tutarlar

Futbol karyerasından sonra Hakan Şükür siyasət aləminə atılıb və 2011-ci ildə Erdoğanın hakim AK partiyasından millət vəkili olub.

Türkiyənin futbol tarixində ən sərrast hücumçu Hakan Şükür 1987-2007-ci illər arasında 112 oyunda 51 qol vurub

O partiya sıralarını 2013-cü ildə Erdoğan və onun yaxın çevrəsinin adı korrupsiya qalmaqalında hallandırılanda tərk edib, prezidentin qatı düşməni, Amerikada yaşayan vaiz Fethullah Gülenə qoşulub.

Şükür Gülenin Hizmet təşkilatının açdığı məktəblərin bağlanmasına etirazını bildirmişdi.

Qərb mətbuatı yazır ki, beləliklə, Şükür Erdoğan və onun vəzifəli rəsmilərini “təhqir etdiyinə” görə məsuliyyətə cəlb olunmuş jurnalistlərin, blogerlərin və sadə insanların sırasına daxil olub.

Qəzetlər həmçinin yazır ki, Erdoğan 2014-cü ildə prezident olandan bəri Türkiyə cəmiyyətini qütbləşdirən əsas fiqura çevrilib.

O, mediada və küçələrdə özünə qarşı istənilən etiraz və tənqidlərə dözümsüzlük göstərir.

Şükür Tvitter postu ilə hazırda ABŞ-da olduğunu, Kaliforniyada yeni futbol layihəsi başladığını və ingilis dilini öyrəndiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG