Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 00:46

Liviya hökumət qoşunları əks-hücuma keçib


Liviyanın hökumət qoşunları , 6 aprel, 2019,
Liviyanın hökumət qoşunları , 6 aprel, 2019,

Liviyanın hökumət qoşunları feldmarşal Khalifa Haftarın ordusu üzərinə əks-hücuma keçib.

Haftarın ordusu xeyli vaxtdır ki, paytaxt Tripolini ələ keçirməyə cəhd edir.

Şəhərin cənub rayonlarından atəş səsləri eşidilir.

Liviyanın mülki aviasiya idarəsi beynəlxalq "Mitiqa" aeroportu üzərində hava məkanını bağlayıb. Bu liviyada işləyən ən böyük hava limanı idi.

Bu barədə kütləvi informasiya vasitələri (KİV) xəbər verirlər.

Liviyanın hərbi prokurorluğu bu günlərdə hökumətə tabe olmayan “Liviya milli ordusu”nun komandanı Haftar və onun tabeçiliyində olan bir neçə nəfərin həbsinə order verib.

“Alman dalğası”nın məlumatına görə onlar yaşayış məhəllələrinə hava hcumunda ittiham olunurlar.

Ağ evin bu günlərdə yaydığı məlumata görə, prezident Donald Trump Haftarla telefon söhbətində, onun terrorçuluqla mübarizədə rolunu və Liviyada sülh və sabitliyə nail olmağın vacibliyini müzakirə edib.

Haftarı Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstəkləyir.

Khalifa Haftar son illər bir neçə dəfə Moskvada olub və Rusiyanın müdafiə naziri Sergei Shoygu ilə telefon əlaqəsi saxlayıb.

O sonuncu dəfə Moskvada, 2018-ci ilin noyabrında olub.

XS
SM
MD
LG