Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:33

Trump Tripoliyə hücum edən feldmarşal Haftarla danışıb


Feldmarşal Khalifa Haftar, 14 avqust, 2017, Moskva
Feldmarşal Khalifa Haftar, 14 avqust, 2017, Moskva

ABŞ prezidenti Donald Trump Tripoliyə hücum edən “Liviya milli ordusu”nun baş komandanı Khalifa Hftarla telefon əlaqəsi saxlayıb.

CNN-nin məlumatına görə, söhbət ötən bazar ertəsi baş tutsa da Ağ ev bu barədə yalnız cümıə günü məlumat yayıb.

“Prezident Trump feldmarşal Haftar-ın terrorçuluqla mübarizəsi və neft yataqlarının təhlükəsizliyinin təmin edilməsində xeyli rolu olmasını etiraf edir”,Ağ evin bəyanatında deylir.

Khaftarı Misir və Birləşmiş Ərəb əmirlikləri dəstəkləyir və hazırda BMT və ABŞ hökumətinin dəstəklədiyi Liviya hökumət qüvvələrinin üzərinə hücuma keçib.

Amma Ağ evin bəyanatında Haftar Tripoli üzərinə hücuma keçməsinə toxunulmur.

Şərhçilər Trump-ın bu hərəkətinin Ağ ev administrasiyasının əvvəlki mövqeinin dəyişməsi kimi qiymətləndirirlər.

Hansı ki, Ağ ev hökuməti feldmarşalın BMT-nin dəstəklədiyi Liviya hökuməti üzərinə hücuma keçməsini bundan əvvəl pisləyirdi.

Beynəlxalq səhiyyə təşkilatının məlumatına görə, bu ilin aprelində Tripoli ətrafında baş verən toqquşmalarda 200-dən çox adam ölüb, mindən çox adam yaralanıb.

Afrikadakı ABŞ ordusunun baş komandanı general Tomas Valdhauzer bu ilin martında Konqresdə bildirib ki, Rusiya NATO-nun strateji cəhətdən vacib olan cənub cinahındakı rayonda nüfuzunu təmin etmək üçün Haftar tərəfini saxlayır.

Buna da bax: Liviyanın neft feldmarşalını Moskvayla nə birləşdirir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG