Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:24

Hadi Rəcəbli: 'Facebook' ailə dağıdır


H.Rəcəbli
H.Rəcəbli

Bu gün, mayın 23-də Milli Məclisdə «Azərbaycan ailə modeli: müasirlik və dəyərlər» mövzusunda dinləmələr keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, həmin dinləmədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ailələrin dağılmasının əsas səbəblərindən biri kimi sosial şəbəkələri göstərib.

Deputat təklif edib ki, Azərbaycanda çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin. Azərbaycanda nikaha girənlərə bir ay vaxt verildiyini deyən H.Rəcəbli həmin müddətdə gənclərdən ötrü xüsusi kurslar təşkil edilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə ailələrin dağılmasının əsas səbəblərindən biri kimi valideynlərin ailəyə müdaxiləsini qeyd edib.

Nikah müqaviləsi bağlanmalıdır

«Valideyn istəyir övladı ailə qursun, amma bilmir övladı buna hazırdır, ya yox», - deyən deputat nikah müqavilələrinin bağlanmasının vacibliyini vurğulayıb.

O, boşanmaların səbəblərindən biri kimi də mülkiyyət münasibətlərini göstərib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə boşanma hallarının yaratdığı problemlərdən danışıb.

Facebook sizin üçün nə qədər əhəmiyyətlidir?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Hər il qeyri-rəsmi nikahlardan 2 min uşaq doğulur

«Bir valideynlə yaşayan uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problemlər hər iki valideyni ilə yaşayanlara nisbətən daha çoxdur. Bu, həm somatik, həm yoluxucu xəstəliklərə, xüsusilə psixi pozulmalara aiddir. Bunun əsas səbəbi onunla bağlıdır ki, bir valideynlə yaşayan uşaqlar kifayət qədər diqqət görmür. Valideyn çalışır və uşaqların sağlamlığı diqqətdən kənarda qalır. Bir sözlə, ailələrin dağılması, boşanmalar ilk növbədə uşaqların sağlamlığına təsir edir. Uşaqların sağlamlığına təsir edən digər fakt isə ailələrin sosial-iqtisadi vəziyyətidir. Bir ailədə bir valideyn olanda şübhəsiz ki, onun maliyyə vəziyyəti də çətin olur», - deputat bildirib.

Qeyri-rəsmi nikahlardan bəhs edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə deyib ki, hər il belə nikahlardan iki minə yaxın uşaq doğulur.

«Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir», - o bildirib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son illər Azərbaycanda boşanmaların sayı artıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG