Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Zamirə Hacıyevə zaminə buraxılıb


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

BBC xəbər verir ki, “Londonun bahalı Harrods mağazasında 16 milyon funt sterlinq (36 milyon manat) xərcləmiş və Britaniyanın yeni İzahedilməz Sərvət qanununa hədəf olmuş qadın” ötən həftə həbs olunduqdan sonra noyabrın 8-də zaminə buraxılıb.

55 yaşlı Zamira Hajiyeva hazırda Azərbaycanda mənimsəmə ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin arvadıdır.

Xəbər verilir ki, Zamirə Hacıyeva ötən həftə, Azərbaycan hökumətinin onun ekstradisiyası ricası ilə müraciətindən sonra London polisi tərəfindən həbs olunmuşdu.

Ona qarşı mənimsəmə ilə bağlı iki ittiham irəli sürülüb.

Vəkilləri Hacıyevanın “fırıldaqçı” olmadığını deyirlər.

Xanım Hacıyeva sözü gedən Harrods mağazasının yaxınlığında, 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır.

Bu da xəbər verilir ki, Zamirə Hacıyeva Azərbaycanda “beynəlxalq banka qarşı fırıldaqçılıq qəsdində iddia edilən iştiraklına görə” axtarışdadır.

O ötən həftə zaminə buraxılsa da, prokurorların tələbi ilə həbsdə saxlanmışdı.

Lakin noyabrın 8-də Londondakı Yüksək Məhkəmə xanım Hacıyevanı zaminə buraxıb.

Hakim Jeremy Baker deyib ki, onun zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur.

Xəbər verilir ki, Zamirə Hacıyeva 500 min funt sterlinq zamin pulu ödəməklə buraxılır, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib.

Zaminin şərtlərinə görə xanım Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir.

Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG