Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Əlağa Vahid Hacı Cavad məscidinin mədrəsəsində təhsil alıbmış


Hacı Cavad məscidi

Əlağa Vahid Hacı Cavad məscidinin mədrəsəsində təhsil alıbmış

Iyulun 1-də gecə saatlarında Bakının “Sovetski” adıyla tanınan məşhur və tarixi məhəlləsində yerləşən Hacı Cavad məscidi uzun mübahisə və çəkişmələrdən sonra yerlə bir edildi…

MƏCİD SAL DAŞLARLA İNŞA OLUNUB

Bu məscid yerli əhəmiyyətli tarixi abidə sayılırdı. Düzbucaqlı formada tikilən məscidin minarəsi, minbəri yox idi. Bu abidənin mehrabı tağvari biçimdə, sahəsi 216 kvadratmetr, yerdən günbəzədək hündürlüyü 9 metr olub. Divarlarının qalınlığı 1 metrə çatan məscid sal daşlarla tikilmişdi…

Hacı Cavad məscidi sökülür
Hacı Cavad məscidi sökülür

XIX ƏSRİN SONLARINDA TİKİLİB

Məscidin yaşı bir əsri ötmüşdü. Deyilənə görə, bakılı tacir Hacı Cavad təxminən XIX əsrin axırlarında bu məscidi tikdirəndən sonra Məşhəd ziyarətinə gedib və 1902-ci ildə orada vəfat edib. Daha sonra məscidin işlərini Hacı Əbdülhəsən bəy adlı şəxs yönəldib. Məscid bir müddət onun adıyla çağrılsa da, Hacı Cavadın varisləri işə qarışandan sonra buraya yenidən gerçək sahibin adı verilib.

ƏLAĞA VAHİDİN TƏHSİL ALDIĞI MƏDRƏSƏ

Məsciddə mədrəsə də fəaliyyət göstərib. Deyilənə görə, şair Əliağa Vahid bu mədrəsədə təhsil alıb. Bolşevik işğalından sonra məscidin hücrələri bir müddət yaşayış, mədrəsə isə uşaq bağçası kimi istifadə olunub…Bu da uzun çəkməyib. Sonralar bina bayraq-plakat emalatxanasına çevrilib…

Əlağa Vahid
Əlağa Vahid

İŞĞAL ORDUSU MƏSCİDƏ DƏYMƏDİ

Maraqlıdır ki, hətta işğal ordusu belə bu məscidi söküb dağıtmağa təşəbbüs etməyib. Amma aradan bir əsr ötəndən sonra müstəqil ölkədə bir çox tarixi abidə kimi Hacı Cavad məscidi də yol çəkilişlərinə qurban edilib…

AzadlıqRadiosunun “İZ” proqramı bu həftə “Can Bakı”nın bir daha geri dönməyəcək tarixi məhəlləsindən hazırladığı verilişi diqqətə yetirir.

ƏVVƏL SÖKÜNTÜ, SONRA QƏRAR…

Ötən il Nazirlər Kabinetinin qərarıyla Bakının Yasamal rayonundakı («Sovetski» adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri «Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı»ndan çıxarıldı.

Yıxılmasına qərar verilmiş 23 abidə binanın arasında vaxtilə “YUĞ” Teatrının yerləşdiyi Murtuza Muxtarov küçəsindəki hamam (1888-ci il), Süleyman Rəhimov və Abdulla Şaiq küçələrinin tinində yerləşən Şollar su kəmərinin suyayma qülləsi (XIX əsrin sonu) və Murtuza Muxtarov küçəsiylə Mirzağa Əliyev küçəsinin kəsişməsində qərar tutan Hacı Hacağanın mülkü (1890-cı il) də vardı.

Sovetski sakinləri “İz” proqramına bu siyahıda olan bəzi binaların qərara düzəlişdən öncə söküldüyünü bildirmişdilər…

BİR MƏHƏLLƏNİN YER ÜZÜNDƏN SİLİNMƏ TARİXÇƏSİ

Sovetski sakinləri AzadlıqRadiosunun “İz” mədəniyyət proqramına daha hansı açıqlamalarda bulundular?

İyulun 2-də saat 23-də “İz”ə düşün vətarixi bir məhəllənin necə söküldüyünü sakinlərin öz dilindən eşidin…

Bu “İz”i qaçırmayın.

Gözlə
Embed

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG