Qarışıq döyüş növü üzrə peşəkar döyüşçü Habib Nurmagomedov İrlandiyalı rəqibi Conor McGregor üzərində qəti qələbə qazanıb.
Əslən dağıstanlı olan, rusiyalı idmançı Habib Nurmagomedov yüngül çəki üzrə ABŞ-ın Las Veqas şəhərində keçirilən görüşün 4-cü raundunda rəqibi üzərində inamlı qələbə qazanaraq çempion titulunu qoruyub saxlayıb.
Nurmagamedov 4-cü raundda özünün məşhur fəndi ilə rəqibinin boynunu ələ keçirirək onu dərhal məğlub olmağa məcbur edib.
Amma Nurmagomedovun qələbədən sonra rinqdən sıçrayaraq Makqreqorun tərəfdaşının üzərinə atılması aranı qarışdırıb və döyüşçülərin komanda üzvləri arasında dava düşüb.
Bu səbəbdən də görüşdə çempion kəmərinin təqdimat mərasimi keçirilməyib və kəmər Nurmagomedova sonra verilib.
Nutmagomedov döyüşdən sonra mətbuat konfransı keçirib və baş verənlərə görə üzr istəyib.
"İlk öncə Las Vegasdan və hər kəsdən baş verənlərə görə üzr istəyirəm. Bilirəm ki, yaxşı eləmədim. Amma başa düşmürəm onlar nəyə görə yalnız mənim rinqdən sıçramağımdan danışırlar. O mənim atam, dinim, ölkəm haqqında təhqiramiz ifadələr işlədir. O Broklinde bizim avtobusumuza hücum etdi. Bəs nəyə görə bunlar haqqında heç danışılmır”, Nurmagomedov deyib.
Nurmagomedovun qələbəsi Dağıstanda toy-bayram kimi qarşılanıb. Hazırda bu qələbə bayram kimi qeyd edilir.