Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

'Hadı Rəcəbli, əksinə, onun davasını edir ki...' [Təkzib]


H.Rəcəbli
H.Rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışının təhrif edildiyini açıqlayıb.

H.Rəcəbli AzadlıqRadiosuna deyib ki, həmin çıxışında qeyd edib ki, ikitərəfli sazişlər bəzən dövlətlər arasında işləmir:

Hadı Rəcəbli təkzib edir
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid


«Bunun bir nümunəsini göstərdik ki, Rusiyada işləyən Azərbaycan vətəndaşları sonra Azərbaycana qayıdanda pensiya sənədləşdirərkən onların orada ödədikləri sığorta haqqı və pensiya staji nəzərə alınmır. Çünki, bununla bağlı həmin dövlətlər orada bu vətəndaşdan aldıqları sığorta haqqını Azərbaycan Sığorta Fonduna köçürməlidirlər. Yəni, bu baxımdan, o dövlət qurumunun o vəsaiti köçürməsi fikrini götürüb bu gün təhrif edilmiş formada yazıblar ki, guya mən demişəm ki, bunu vətəndaşlar orada istəyəndə bura köçürməlidirlər… Burda bizim dediyimizin canında o dururdu ki, həmin qurum, sığorta fondu o vəsaiti bizim Sığorta Fonduna köçürməlidir… Hadi Rəcəbli, əksinə, bunun davasını edir ki, oradan o pul gəlsin, Rusiyanın Sığorta Fonduna köçürülən pul. O pul oradan köçürülsün bizə, biz də bu adamın özünə qaytaraq​».

Yerli agentlik belə yazır

«Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir».

«Report» xəbər verir ki, bunu bu gün, oktyabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib.

H.Rəcəbli qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiya var. O vurğulayıb ki, bu, Rusiya tərəfindən ratifikasiya olunmayıb: «...Ona görə də insanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq».

Sizcə, Azərbaycanda nə qədər ailə Rusiyadan göndərilən pulla dolanır?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Xatırlatma

Hazırda yüz minlərlə Azərbaycan vətəndaşının çörəkpulu ardınca Rusiyaya üz tutduğu bildirilir. Onların, əsasən, ticarətlə məşğul olduğu deyilir. Əvvəllər Azərbaycandan Rusiyaya işləməkdən ötrü gedən insanların bir neçə milyon olduğu söylənirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG