Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

H. Hacızadə:'Hər bir məmur təkcə prezidentə yox, cəmiyyətə hesabat versin'


Hikmət Hacızadə
Hikmət Hacızadə

Bəzi ekspertlərin fikrincə, oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən müşavirədən sonra dövlət başçısının fəaliyyətində yeni bir cəhət də özünü göstərməyə başlayıb. Bu da ayrı -ayrı qurum rəhbərlərini birbaşa dövlət başçısının özünün qəbul etməsidir.

Oktyabrın 17-də dövlət başçısı Azərbaycan Avromobul Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovu, oktyabrın 18-də isə Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayevi qəbul edib...

Politoloq Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, prezidentin bu addımı atması səbəbsiz deyil:

“ Görünür, dövlətin köhnə idarəetmə mexanizmi işləmir. Dövlət başçısı da onu hərəkətə gətirmək istəyir, Amma mexanimzi işə salmaq olmur”.

“...Məsələni özü həll etmək istəyir”

Amma H.Hacızadə belə yanaşmanı doğru saymır. Onun fikrincə, idaerəetmə belə olmamalıdır, sahələr dövlət strukturlaşmasına uyğun fəaliyyət göstərməlidir:

“Nazirlər var, icra başçları var, amma görünür burada da problem var, ya strukturlar işləmir, “iflic vəziyyətindədir”, ya da dövlət başçısı onlara inanmır və məsələni özü həll etmək istəyir”.

H.Hacızadə deyib ki, belə yanaşma daimi ola bilməz:

““Hamını mən yoxlayım, hamını mən dinləyim”, yanaşması mümkün deyil. Sonunda nəyisə dəyişmək qərarına gələcək, ya şəxsləri, ya bütünlükdə sistemi dəyişəcək”.

“Konstitusiyanı elə dəyişiblər ki, parlament nəzarəti belə yoxdur”

Politoloqun fikrincə, müasir dövlət o zaman fəaliyyət göstərə bilir ki, demokartik idarəetmə mexanizmlərinə malik olsun:

“Hər bir məmur, təkcə prezidentə yox, cəmiyyətə hesabat versin. Hər bir nazir, təkcə prezidentə yox, parlamentə hesabat versin. Bizdə isə, Konstitusiyanı elə dəyişbilər ki, parlament nəzarəti belə yoxdur. Xarici demokratik ölkələrdə müşahidə edirik ki, parlament qurumları icra qurumlarını hesabata çağırır. Bizdə isə parlamentin icra hakimiyyəti üzərində hər hansı nəzarəti yoxdur”.

H.Hacızadə hesab edir ki, demokratik idarəetmə sistemi, sistem üzərində vətəndaş nəzarəti olmalıdır.

Qabil Hüseynli: “İdarəetmə sisteminin bütün sturkturları prezidentin əlində cəmlənməlidir”

Qabil Hüseynli, 24 fevral 2010
Qabil Hüseynli, 24 fevral 2010

Keçmiş dövlət müşaviri Qabil Hüseynli isə “ Turan” agentliyinə deyib ki, dövlət başçısının müxtəlif qurumların rəhbələrini qəbul etməsi, idaerəetmənin vacib elementidir.

O, hesab edir ki, indiyə kimi bəzən məmurlar özbaşına buraxılıb, öz bildirkləri kimi işləyiblər, Prezident nazirlərlə yalnız Nazirlər Kabinetinin ümumi müşavirələri çərçivəsində görüşüb. Q. Hüseynlinin vurğulamasına görə, onların da bəziləri gördüyü işlər barədə heç bir hesabat, bilgi vermədən dağılıb gedirdilər:

“İndi isə prezident onları təkbətək, üz-üzə qəbul edir və onlardan hesabat tələb edir. Konkret suallar verir, yerinə yetirilən, yetirlməyən məsələlər, onların “axsaması” səbəbləri müzakirə edilir. Həm də onlara açıqca bildirilir ki, işlərində dönüş əmələ gətriməsələr, korrupsiya, büdcə talamalarına yol verəcəklərsə yollar ayrılacaq, barələrində qəti tədbirlər görüləcək”.

Q.Hüseynli daha sonra da əlavə edib:

“Hər halda onu bilirəm ki, nazirlər və Komitə sədrləri ilə təkbətək, üzbəüz görüşlərin çox böyük effekti olacaq. Çünki onlar Prezidentin həm də sərt və güclü iradəsinin ortaya qoyulduğunun şahidi olurlar”.

Q.Hüseynli hesab edir ki, idarəetmə sisteminin bütün sturkturları prezidentin əlində cəmlənməidir. Onun fikrincə, prezdient bununla idarəetmə sisteminə lazım olan stimulu və istiqaməti verə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG