Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:32

Hərbi hissədəki partlayışda 9 nəfərin yaralandığı deyilir


Hərbi təlimlər
Hərbi təlimlər

İyulun 6-da həbi hissələrin birində baş vermiş partlayış nəticəsində yaralananların sayının rəsmi məlumatda göstəriləndən çox olduğu bəlli olub.

Ağstafa Mərkəzi Xəstəxanasından bildiriblər ki, iyulun 6-da onlara ağır dərəcəli termiki yanıq xəsarətləri ilə 9 yaralı gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra hospitallara göndəriliblər.

Bura ümumilikdə 11 hərbi qulluqçunun gətirildiyi, onlardan 2-sinin vəfat etdiyi deyilib.

Xəstəxanadan hadisə barədə açıqlama vermək səlahiyyətləri olmadığını söyləyiblər.

İyulun 6-da Müdafiə Nazirliyi bədbəxt hadisə nəticəsində 2 hərbi qulluqçunun həlak olması və birinin ağır yaralanması haqda xəbər yaymışdı. Xəbərdə tank mərmisi atımının hərbi qulluqçunun əlindən yerə düşdüyü üçün partlayış baş verdiyi deyilirdi.

Hərbi Prokurorluq faktla bağlı cinayət işi açıldığı barədə məlumat yaymışdı.

T.Əbilov
T.Əbilov

Hərbi ekspert, hüquqşünas Telman Əbilov isə baş verənləri təhlükəsizlik qaydalarına əməl olunmaması ilə izah edir. O hesab edir ki, bu cür hadisələr baş verəndə gizlətmək lazım deyil.

«Heç əvvəlcədən də hadisə nəticəsində 2 nəfərin dünyasını dəyişməsi, 1 nəfərin isə ağır yaralanması xəbəri inandırıcı görünmədi. Məsələ belədir ki, partlayan tank minasıdır, bu əsgər tək olmayıb, ən azı manqa ilə hadisə yerində olublar. Bu halda həmin partlayış orada olan əsgərləri əhatə edə bilər», - hərbi ekspert söyləyir.

T.Əbilovun qənaətincə, nəticə nə qədər ağır olsa da, gerçəyi deməməklə vəziyyət yüngülləşmir, odur ki, hadisə zamanı nə qədər hərbçi zərər çəkibsə, ictimaiyyətə dəqiq açıqlama verilməlidir: «Heç kəs istəməz ki, hansısa əsgərin ayağına daş dəysin, hərəsi bir evin, ailənin ümid yeridir. Amma hadisə baş veribsə, bunu açıq demək lazım gəlir. Bu gerçəyin tam deyilməməsi səbəbi, məqsədi mənə aydın deyil».

Hərbi ekspert orduda, silah-sursatın olduğu yerdə belə hadisələrin baş verməsinə təbii baxır.

+++

«Ola bilər ki, bu məsələ ilə bağlı gerçəyin tam deyilməməsi düşmən tərəfin bundan təbliğat, təxribat kimi istifadə etməsinə yol verməmək qayğısından irəli gəlib», - hadisə haqqında danışan deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, gerçəyi tam deməmək naşılığı, məsuliyyətsizliyi örtməyə də xidmət edə bilər, başlıcası buna yol verməməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG