Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Həlak olan hərbi quluqçuların yeni sayı açıqlanıb


Azərbaycan Müdafiə Nazirliyi (AMN) bugün, dekabrın 28-də son aylar həlak olmuş hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb.

Məlumatda vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin “Vətən müharibəsində” həlak olmuş hərbi qulluqçularından dekabrın 28-dək 2823 nəfəri dəfn edilib:

“Hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.Ölkə ictimaiyyətinə bu barədə məlumat veriləcəkdir.”

Bundan əvvəl ildirilirdi ki...

AMN dekabrın 3-də isə bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub.

Onda 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilmişdi.

Son həftələr də cəbhə bölgəsində bəzi hərbi qulluqçuların həlak olduğu və yaralandığı bildirilir.

Təqribən 10-dan çox hərbi qulluqçunun isə əsirlikdən qaytarıldığı açıqlanıb.

Ermənistan hökuməti hərbçilərə təzminatı camaatın maaşından çıxarmaq istəyir
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG