Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:17

'Həftəbazar'da satıcıların gileyləri


Lənkəran, Həftəbazar-ı 12 avqust 2018
Lənkəran, Həftəbazar-ı 12 avqust 2018

Bakı-Astara yolunun üstündə yerləşən “Həftəbazar” da ağız deyəni qulaq eşitmir ( Biz Həftəbazar-da ötən həftənin bazar günü, avqustun 12-də olmuşuq-R).

Həftədə bir dəfə, bazar günü burada alış-veriş gedir. Bazara ölkənin, demək olar ki, hər yerindən gələnlər olur. Köhnə paltarlar, sovet dövründən qalma dəmir alətlər, müxtəlif ev əşyaları elə torpaq üstündə satışa təqdim edilir. Burada kənd təsərrüfatı məhsulları, mal-qara da satılır. Yerli sakinlər deyir ki, burada istənilən qiymətə mal tapmaq mümkündür. Alıcdan çox satıclar alış-verişdən şikayətlənirlər.

Noxud satan Masallı rayonun Alvadi kəndindən olduğunu deyir:

“Noxudun 1 kiloqramı 5-6 il bundan əvvəl 4-5 manat idi, indi düşüb 1 manat 50 qəpik olub. Satış üçün bir maşın gətirmişəm. Heç 10 kiloqram satmamışam.”
“ƏLİMƏ BİR MANAT DA GƏLMƏYİB”

Yaxınlıqda isə naringi, limon tingləri, gül dibçəkləri satan əyləşib. Katib Əliyev Astaranın Pensər kəndindəndir.

Katib Əliyev, 12 avqust 2018
Katib Əliyev, 12 avqust 2018

“Əlimə bir manat gəlməyib. Naringi, limon tingləri, gül dibçəkləridir. Birini 5-6 manata satıram. Naringinin bir illik tingini İran sərhədindən alırıq, 2 manata. İki il də biz qulluq edirik. Satırıq, bir az bahasına. Saxlamaq çətindir. Dərmanlamaq lazımdır. Dərman da ki, özünüz bilirsiniz bahadır. Qonşu ölkədən gəlir. Naringi əkinin mövsümü payızdadır. Keçən il pis olmadı. Çörək pulunu çıxartmaq olur. Çörəkdən əlavə bir şey almaq mümkün deyil.”, deyə o bildirir.

“ALICLIQ QABİLİYYƏTİ AŞAĞIDIR”

Kənd təsərrüfatı məhsulları birbaşa maşınlardan satılır. Kartof, soğan və digər kənd təsərrüfatı məhsulları yüklənmiş maşınlar dayanıb. Soğan satan Elşən Nailov Ağdam rayonundan olduğunu deyir:

Elşən Nailov
Elşən Nailov

“Həmişə bu bazara Ağdamdan soğan gətiririk. Kiloqramı 20 qəpiyə düşür. Allaha and olsun maya dəyəri 10 qəpikdən yuxarıdır. Yol pulu, yemək və sair xərcləri çıxsaq orda bizə qəpik-quruş qalır. Məhsul qalıb zay olmasın deyə məcbruq ki, ölkə daxilində bazar axtaraq. Alanlar da azdır. Adamların alıcılıq qabiliyyəti aşağıdır. Məhsul var, satamağa bazar yoxdur. Bura həftəlik bazardır. Digər rayon bazarlarına nisbətən daha çox məhsul satılır. Ona görə bura gəlirik...”

“ƏTİN QİYMƏTİ BAHALAŞACAQ”

Mal-qara satışı ilə məşğul olan Ruslan Əlizadə isə bahalaşmadan gileylənir:

“Ötən ilə nisbətən bu il mal-qara bahadır. Bir aya yaxındır ki, inəklər arasında xəstəlik yayılıb. İnəyin ağzında yara çıxır, qızdırma verir, ot yeyə bilmir, bir həftə ərzində tələf olur. Bu xəstəlik əsasən dağətəyi ərazilərdə yayılıb.Xəstəliyi müəyyənləşdirə bilmirlər.Təkcə bu oğlaınn –yanıda duran yoldaşını göstərir-12 baş inəyi tələf oldu.Ona görə bazarda satışa çıxarılan inəklərin sayı azdır.Mən bu işlərlə çoxdan məşğulam. Ətin qiyməti bahalaşacaq. Özü də çox bahalaşacaq.”

“OĞLUMU EVLƏNDİRƏ BİLMİRƏM”

Lənkəran şəhəri Liman qəsəbəsinin sakini Möhübbət Quliyev də şəxsi problelərindən danışır:

Möhübət Quliyev
Möhübət Quliyev

“ 20 adda ev əşyasını kustar qaydada hazırlayıram. Yaba, maşa, taxta qaşıqlar və sair. Evdə emalatxanam var. Hər həftə bu bazara çıxıram .Elə vaxtlar olur ki, 1 manat da qazanc olmur. Qaşıqları 1-2 manata satıram. Alan yoxdur. Adamlarda pul yoxdur. Daha çox kartof, soğan alırlar. Bu sənətlə yaşamaq çətindir. 29 yaşında oğlum var, onu evləndirə bilmirəm. Pulum yoxdur.”

Arıçı Astara rayonun Miki kənd sakni Nazim İbrahimov da deyir ki, bal alan azdır :

“ Öz məhsulumuzudur. Məndə 120 arı ailəsi var. Hər birindən 10 kiloqramdan çox bal alıram. Müştərilərim var. Bal yarmarkasını gözləyirəm. Bilirəm ki, camaatın imkanı aşağıdır. Balın qiymətini də aşağı sala bilmirik. Bunun ramkası var, dərmanı var. Dərman çox bahadır. Bunlar hamsı qiymətə təsir edir. Miki kəndi arıçılıqla dolanır. Kənddə yaşayanların 99 fazi arı saxlayır. Rayonumuza bal üçün gələnlər kəndimizə baş çəkir.”

Nazim Ibrahimov, bal satan
Nazim Ibrahimov, bal satan

“BAZARLA DOLANIRIQ”

Əl arabasında sabun, şampun gəzdirən Əzim adlı şəxs isə deyir ki, çörək pulunu bu bazardan çıxarır:
“Daimi işim yoxdur. Gəlirəm burda sahibkarların malını satıram, 5-6 manat qazanıram. Bu gün elə də alıcı yoxdur. Ola bilər ki, yağışa görədir. Həm də pensiyanın verilməsinə çox qalıb. Müəllimlər də yay pullarını xərcləyiblər. Daha kimdə pul var? Əsas alıcı da bu adamlardır. İlin bu vaxtları bazarda alıcı həmişə az olur...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG