Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 22:15

Həcc ziyarəti dayandırıldı (Rəsmi)


Məkkə

Bu il Azərbaycanda Həcc ziyarəti olmayacaq.

Bununla bağlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) məktub gəlib.

"Hazırda pandemiyanın (koronavirus) davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (Hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından... çox məhdud sayda təşkil olunsun", - məktubda yazılıb.

2020-ci ildə Həcc ziyarətinin iyulun 20-də başlayaraq avqustun 15-nə kimi davam edəcəyi gözlənilirdi.

Xatırlatma

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu yanvarın 24-dən başlanmışdı.

QMİ-dən bir müddət əvvəl verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1500 nəfər təşkil edir. Ziyarətin qiymətinin isə 4490 ABŞ dolları olacağı bildirilirdi.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

XS
SM
MD
LG