Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

Həbsdəki MTN generalı istintaq təcridxanasına gəlməkdən imtina edir


Prezient İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezient İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev dörd ildir ki, həbsdədir. Onun işi hazırda Ali Məhkəmədədir. E.Quliyev istəyir ki, Ali Məhkəmə şikayətinə baxanda özü də iştirak etsin, bununla əlaqədar məktub da göndərib. Bu barədə fevralın 25-də Ali Məhkəmədə onun işinə baxan hakim İnqilab Nəsirov məlumat verib.

Həbsdə olan şəxs haqqında məhkəmə hökmü qüvvəyə minirsə (apellyasiya məhkəməsinin qərarından, şikayət verilmədikdə isə birinci instansiya məhkəməsinin hökmündən 20 gün sonra-red.), o, istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülür. Müəssisədə olduğu müddətdə hansısa məhkəmədə onun işinə baxılırsa, bu halda o, müvəqqəti istintaq təcridxanasına köçürülür, oradan məhkəməyə aparılıb-gətirilir. Məhkəmə başa çatandan sonra yenidən həmin cəzaçəkmə müəssisəsinə qaytarılır.

Hakim İ.Nəsirov deyir ki, həbsdəki general Ali Məhkəmənin iclasında iştirak etmək istəsə də, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir.

Hakimin bildirdiyinə görə, MTN-in Antiterror Mərkəzində E.Quliyevin işçisi olmuş polkovnik Azər Mehdiyev də eyni cür davranır. O da Ali Məhkəməyə iştirakla bağlı məktub göndərib: «Məhkumlar cəza çəkdikləri müəssisədən istintaq təcridxanasına etap olunmaqdan imtina ediblər. Onlar birbaşa cəzaçəkmə müəssisəsindən məhkəməyə gətirilmələrini istəyirlər. Lakin qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb».

Hakim onu da bildirib ki, A.Mehdiyev kassasiya şikayətinə əlavələr göndərib. Digər təqsirləndirilən E.Quliyevin müdafiəsinə isə daha bir vəkil qoşulub.

Həm şikayətə əlavələrlə tanışlıq, həm də vəkilin iş materiallarını öyrənməsinə görə generalın məhkəmə işi aprelin 7-nə qalıb.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlar, əsasən, mənimsəmə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar, 3 ildən 14 ilədək həbsə məhkum ediliblər.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

Həbs olunanların bir qismi artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG