Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:10

Hökumət Natiq Cəfərliyə görə 17 min cərimələnib


N.Cəfərli
N.Cəfərli

Bu gün, noyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş bir şikayətlə bağlı qərarını elan edib.

Qərar ReAL Partiyasının rəhbərlərindən Natiq Cəfərlinin şikayəti əsasında qəbul edilib.

N.Cəfərlinin deməsinə görə, AİHM hesab edib ki, Azərbaycan hökuməti ona münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasına yol verib.

Qərara əsasən, hökumət 17 min avro təzminat ödəməlidir. Bunun 15 min avrosu N.Cəfərliyə, 2 min avro da vəkillik xidmətlərinə aiddir.

Qərara rəsmilərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Bu şikayət 2014-cü ildə N.Cəfərliyə cinayət işi açılması, onun hüquq-mühafizə qurumlarında sorğu-sual edilməsi və 2016-cı il avqustun 13-də həbs olunması ilə bağlıdır.

Həmin vaxt N.Cəfərli qanunsuz sahibkarlıq və başqa əməllərdə ittiham edilib. N.Cəfərli həmin il sentyabrın 9-na kimi həbsdə saxlanıb, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.

Avropa məhkəməsi Azərbaycan hökumətini 130 min avro cərimələdi
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

N.Cəfərli: «Artıq hakimiyyət də düşünməlidir ki,...»

«Əslində bizim Avropa İnsan Haqları Məhkəməsinə şikayətimizdə əsas hədəfimiz həbsimin siyasi əsaslı olmasını sübut etmək idi. Bu da sübut edildi. Odur ki, 18-ci maddə ilə bağlı qaldırdığımız iddia təmin edildi», - deyə N.Cəfərli AzadlıqRadiosuna vurğulayıb.

«Hökumət 17 min avro cərimələnib. Belə qərarların çox olması gələcəkdə hakimiyyətə rəqiblərinə qarşı normal davranış qaydalarının öyrənilməsi üçün bir şans yaradır. Yəni, hakimiyyət də artıq düşünməlidir ki, siyasi rəqiblərlə zor dili ilə, həbs dili ilə danışmaq olmaz», - o əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG