Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:54

Türkiyədə 1915-ci il 'erməni hadisələri' barədə roman mükafat aldı


Gürsel Korat
Gürsel Korat

Hurriyet qəzetinin ingilisdilli Daily News saytında jurnalist Murat Yetkin yazır ki, Orhan Kemal Roman Mükafatı 1970-ci ildən bəri ölkənin ən nüfuzlu ədəbiyyat mükafatı sayılır.

Orhan Kemal Azərbaycanda da bir vaxtlar çox məşhur yazıçı kimi tanınırdı. Sözü gedən mükafat o dünyasını dəyişəndən sonra ailəsi tərəfindən təsis edilib.

Türkiyənin yeganə Nobel mükafatı laureatı Orhan Pamuk-un da ilk mükafatı 1983-cü ildə aldığı Orhan Kemal mükafatı idi.

Bu ilin mükafatı Gürsel Korata “Unutqan güzgü” (Unutkan Ayna) romanına görə verilib.

Romandakı hadisələr 1915-ci ilin 10 günü ərzində, erməni deportasiyalarının davam etdiyi bir vaxtda Kappadokiyada baş verir.

Əsərin qəhrəmanları ermənilər, kürdlər, ərəblər və türklərdir.

Yetkin yazır ki, “Unutqan güzgü” bütün insani keyfiyyətlərin – xəyanətin, yazıqlığın və rəğbətin kitabıdır.

İstanbulda keçirilən təqdimat mərasimində yazıçı deyib ki, “adam dünyaya vicdanının gözü ilə baxanda çox şeyləri görməsi mümkündür”.

Korat çıxışında bildirib ki, mükafatını “ədalətsizliklə üzləşən” bütün insanlara həsr edir.

Yetkinin sözlərinə görə buna bir səbəb də Orhan Kemalın oğlu Işık Öğütçünün münsiflər heyətinin üzvü Turhan Güneyin mərasimdə olmamasını yada salmasıydı.

O hazırda fethullahçı olmaq ittihamı ilə İstanbul yaxınlığındakı Silivri həbsxanasındadır.

Güney Cumhuriyet qəzetinin kitab səhifəsinin redaktorudur.

Mərasimdə bu da xatırladılıb ki, hazırda 161 jurnalist və yazar Türkiyə həbsxanalarındadır.

Yetkinin yazdığına görə ən maraqlısı budur ki, onlardan bir çoxunu bir-biri ilə düşmən olan terror qruplarına eyni vaxtda xidmət göstərməkdə ittiham edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG