Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:09

Gürcüstan Parlamentində dava düşüb


Video grab -Gürcüstan Parlamentində dava Tbilisi, 12 iyul , 2021
Video grab -Gürcüstan Parlamentində dava Tbilisi, 12 iyul , 2021

İnsident müxalifətdə olan jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının parlamentin binasına soxulmasından sonra baş verib.

Azadlıq Radiosunda olan məlumata görə, bu vaxt, jurnalistlərin tərəfini saxlayan müxalif deputatlarla hakim “Gürcü arzusu” partiyasından olan deputatlar arasında dava düşüb.

Məlumatda bildirilir ki, etirazçıların “Pirveli” televiyasının operatoru Lekso Lashkarava-nın ölümünə görə, hökumətin istefasına qoyduqları vaxt sona yetdiyindən onlar iclas zalına soxulublar.

Qeyd edək ki, ötən həftə Tbilisidə keçirilən “Geyparad”ı işıqlandırarkən radikal qüvvələr tərəfindən amansızcasına döyülmüş Lekso Lashkarava 6 gün sonra evində ölü tapılıb.

Müxalifətdə olan deputatlar Tinatin Bokuchava, Khatuna Samnidze və Anna Natsvlshvili tanınmış hüquq müdafiəçisi Elena Khoshtaria ilə birlikdə parlamentin tribunasına qalxıblar.

Onlar Avropa Birliyi və Gürcuüstan bayraqlarını qaldıraraq hökumətin istefasını tələb ediblər.

Nəticədə parlamentin iclası 1 saatdan da çox dayanıb.

Güc qurumlarının əməkdaşları jurnalistləri binadan çıxardıqdan sonra iclas davam etdirilib.

Bundan bir gün əvvəl minlərlə adam Tbilisidə parlament binasının ətrafına toplaşaraq jurnalistin ölümünə görə hökumətin istefasını tələb etmişdilər.

Aksiyaçılar xəbərdarlıq etmişdilər ki, əgər hökumət istefa verməsə iyulun 12-də etirazlar davam etdiriləcək.

Baş nazir İrakli Garibashvili bundan əvvəl jurnalistin ölümünü faciə adlandırıb. Amma o, eyni zamanda aksiyaçıları hökumətə qarşı sövdələşmədə günahlandırıb.

37 yaşlı operator Lashkarava iyulun 5-də Tbilisidə planlaşdırılan “Geyparad”a qarşı keçirilən etiraz aksiyası zamanı radikal qüvvələr tərəfindən döyülən onlarla jurnalistən biri idi.

Baş nazir Garibashvili həmin vaxt “Geyparad”ın məqsədəuyğun olmadığını bildirmiş, Gürcüstanın öz adət və ənənələri olduğunu vurğulamışdı.

Gürcüstanın provaslav kilsəsi də həmin vaxt tərəfdarlarını bu parada qarşı çıxmağa çağırmışdı.

Avropa Birliyinin Gürcüstandakı diplomatik missiyası bu zorakılığı pisləyib və Gürcüstan hökumətini insanların dinc mitinqlərə toplaşmaq hüququnu qorumağa çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG